Turkish Airlines terror aktından qorxan 18 sərnişini reysdən çıxardı
Tarix: 29-10-2015 | Saat: 15:46
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Polislər təyyarəni bir neçə saat ərzində yoxlayıblar.
Turkish Airlines aviaşirkəti İstanbul-Rostov-na-Donu reysi ilə uçan 18 sərnişini öz şübhəli yol yoldaşlarından qorxduqları üçün reysdən çıxarmalı olub, DonNews məlumat yayıb.
Xəbəraz.az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində avialaynerin uçuşu bir neçə saat təxirə salınıb.
Reysin sərnişinlərindən biri Olqa Zatonskaya bildirib ki, səyahətçilər avtobus ilə təyyarəyə yaxınlaşdıqda laynerdə artıq üç qaradərili sərnişin - iki kişi və bir hicablı qız olub. Onlar təyyarəni tələsik tərk ediblər. Qalan turistlər yerlərini tutduqdan sonra, təyyarədə artıq çamadanın olmasını bilmək istəyən styuard, onlardan uca səslə əl baqajlarını yoxlamağı xahiş edib.
“Baqaj yeşiklərinin yoxlanmasından sonra sərnişinlər nə baş verdiyini anladılar. Təyyarədən qaçaraq düşən bu insanların kim olduğunu və ümumiyyətlə, onların bizdən öncə təyyarəyə necə gəldiklərini soruşmağa başladıq. Sərnişinlər narahat olmağa başladılar, axı bu yaxınlarda Türkiyədə terror aktı baş verib”, - Zatonskaya izah edib.
Bundan başqa, sərnişinlər heyətə laynerin yoxlanması üçün polis çağırmağı təklif etsələr də etiraz cavabı alıblar.
Turkish Airlines-in əməkdaşları bəyan ediblər ki, təyyarəni tərk edən müştərilər geri qayıda bilməzlər.
“Uzun sürən danışıqlardan sonra sərnişinlərdən ibarət təşəbbüs qrupu, təyyarəyə aeroportun təhlükəsizlik xidmətinin qalxa biləcəyi trapın gətirilməsinə nail olub”, - Zatonskaya dəqiqləşdirib.
Rusiyalı xanımın sözlərinə görə, bundan sonra insanlar layneri tərk edib. Polislər təyyarəni bir neçə saat ərzində yoxlayıblar, yoxlamdan sonra turistləri təyyarəyə buraxıblar.
Bununla yanaşı, təşəbbüs qrupuna daxil olan 18 sərnişinin təyyarəyə qayıtmasına etiraz ediblər və onlar İstanbul aeroportunda qalıblar.
Xəbəri paylaş
5618 dəfə oxunub.
Digər xəbərlər

16-12-2015, 13:36
Zakir Həsənov cəbhəyə getdi – FOTO
10-09-2022, 11:55
Gicitkəni balla qarışdırın - 1001 dərdə dərmandır
7-07-2021, 11:45
Həkim özü-özünü bıçaqlayıb, xəstəsinin oğlu yox...
4-09-2018, 12:18
Dəmir yolu xəttinə çıxan kişiFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
29-05-2016, 17:30
19 yaşlı qızın intiharının səbəbi açıqlandı: "Get, nişanlına de ki..."
15-09-2022, 10:57
Ağalı kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb
16-11-2015, 00:29
Oğuzda 5 otaqlı ev külə döndü
28-08-2016, 20:30
Kişini qaşından tanı
16-10-2016, 00:23
17 yaşlı arvadını öldürüb heç nə olmamış kimi yatdı - İmişlidəki qətlin TƏFƏRRÜATI