Bakı BMT-nin yubileyini belə qeyd edir - Video
Tarix: 25-10-2015 | Saat: 01:11
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz TV | çapa göndər
Oktyabrın 24-də Heydər Əliyev Mərkəzi Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi münasibətilə keçirilən “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində mavi rəngdə işıqlandırılıb.
Xəbəraz.az Azərtac-a xəbər verir ki, 45-dən çox ölkədə 150-dən artıq bina, muzey, körpü və s. memarlıq abidəsinin qoşulduğu aksiya Mərkəzdə Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə İdarə Heyətinin əməkdaşlığı nəticəsində reallaşıb.
Heydər Əliyev Mərkəzi bu aksiyaya qoşulmaqla, həmçinin BMT prinsipləri və firavanlıq prinsiplərinə sadiqliyini nümayiş etdirmiş olur.
BMT Günü münasibətilə bu qlobal kampaniya Yeni Zelandiyadan başlayıb, Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edib. Dünya üzrə memarlıq abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkə və qitələrə səyahət edir. Avstraliya Sidney Opera Evindən başlayaraq Misirin Qiza şəhərindəki böyük piramidalara qədər, Rio-de-Janeyro şəhərindəki İsa Məsih abidəsindən Nyu-York şəhərindəki “Empire State Building”ə qədər dünyanın bir çox tanınmış abidələri mavi rənglə işıqlandırılır. Aksiya iştirakçıları sırasında Rusiyanın Dövlət Ermitaj Muzeyi, İordaniyanın qədim Petra şəhəri, İtaliyanın Piza şəhərindəki Əyilən Qüllə, Birləşmiş Krallığın Edinburq Qəsri və Vestminster Sarayı, Cənubi Afrikanın Teybl Dağı, Yaponiyanın SkayTri Qülləsi, İspaniyanın Əlhambra Sarayı və digər məşhur abidələr də var.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

19-06-2021, 11:57
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb - FOTO
10-09-2016, 09:36
Lavrov jurnalistlərə araq payladı - Cenevrədə
3-03-2016, 11:11
Kəmərsiz sürücülər artıq daha diqqətli olmalıdılar
23-02-2018, 12:36
Diqqət!Hava meteohəssas insanlar üçün əlverişli olacaq
20-03-2022, 11:12
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
22-06-2018, 15:02
Qanunsuz balıq ovu edənlər cərimələndi
15-07-2017, 18:07
Biznesmenin Naza hədiyyə etdiyi lüks avtomobillər - VİDEO
30-01-2017, 16:03
Tramp: “Onlar III Dünya müharibəsini başlatmaq istəyir”
18-06-2019, 14:04
Kərəm Həsənovun müavini 73 yaşlı rəisi döydürdü – BAKIDA MİLYONLUQ TORPAQ DAVASI - VİDEO
9-01-2017, 14:17
Nurayın atasının atalıq hüququ ləğv edilə bilər - MƏHKƏMƏYƏ MÜRACİƏT