Əkbər Vəliyev İspaniyada niyə həbs olundu?
Tarix: 12-10-2015 | Saat: 21:25
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Onun Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.
Bir neçə gün öncə İnterpolun “qırmızı xətti” ilə axtarışa verilərək İspaniyada həbs olunan Əkbər Məhəmməd oğlu Vəliyev “Global Construction” şirkətinin əməkdaşı olub.
Xəbəraz.az xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xəbərdə deyilir ki, Ə.Vəliyev Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında bu il mayın 19-da, saat 11 radələrində baş vermiş və 14 nəfərin ölümünə səbəb olmuş yanğında təqsirləndirilir.
Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.
Qeyd edək ki, Ə.Vəliyev barəsində Cinayət Məcəlləsinin 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.
Baş Prokurorluqdan bildirilib ki, Ə.Vəliyevin həbs edilməsi faktı üzrə rəsmi informasiya yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov hadisədən dərhal sonra həbs olunmuşdu.
Məlumata görə, Əkbər Vəliyev son 4 il ərzində İspaniyanın Jirona əyalətində yaşayıb və buradakı “Pivani Conctruction” şirkətində çalışıb. Bu şirkət daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşıb.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

24-04-2017, 10:55
Azərbaycanda biznesmen itlərini evləndirdi - Məclisdən VİDEO
13-08-2017, 15:00
Tələbə adı qazananların nəzərinə: BU SƏNƏDLƏRİ APARMALISINIZ - SİYAHI
12-03-2021, 21:55
Ata Abdullayev saxlanıldı
26-12-2022, 13:26
Bu şəxslərə gələn ildən birdəfəlik ödəmələr nəzərdə tutulub
23-06-2016, 17:05
Ölkədə narkomanların sayı açıqlandı
30-10-2017, 09:52
Bu gün Akif Çovdarovun taleyi həll olunacaq
29-05-2017, 16:53
Xoşqədəm xərçəng xəbərini tennisdə öyrəndi...
4-11-2015, 19:12
Azərbaycanda uşağa “Kral Şir” cizgi filmindən ad qoymaq istədilər
31-03-2018, 20:17
Sabah hava necə olacaq?