İlham Əliyev general Hulusi Akarı qəbul etdi
Tarix: 05-10-2015 | Saat: 23:11
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini və daim möhkəmləndiyini deyib.
Hərbi sahədə əlaqələrimizin çox yaxşı tarixə malik olduğunu bildirən prezident İlham Əliyev ölkəmizin müstəqilliyi dövründə əməkdaşlığımızın daha da genişləndiyini vurğulayaraq son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edib. Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən yaxın dövlətlər olduğunu deyən prezident İlham Əliyev ölkələrimizin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini vurğulayıb. Dövləti başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılacağına əminliyini ifadə edib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi iş birliyinə nail olunduğunu vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Hulusi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını və böyük önəm daşıdığını deyib. O, Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndiriləcəyini əminliklə qeyd edib.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

2-03-2020, 06:06
Moskvada koronavirusa ilk yoluxma
23-02-2017, 14:11
MTRŞ sədrindən Baxşəliyevlərə xəbərdarlıq
19-08-2015, 15:02
Azərbaycanda Temperatur 5-8 dərəcə aşağı enəcək.
24-12-2016, 18:33
Ərdoğan açıqladı: “Əl Bab azad edildi”
30-05-2022, 13:30
Xersonda gərginlik davam edir: bir uşaq ölüb, daha iki uşaq yaralanıb
29-05-2023, 11:17
Bir ailənin 3 üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
3-07-2017, 11:46
Xalq artistinin ölümündən az əvvəl çəkilmiş SON RƏQSİ - VİDEO
19-05-2016, 16:15
Qəzaya uğrayan təyyarənin 53 yaşı varmış
19-06-2023, 12:23
İyulda üzü güləcək 3 BÜRC - Pula pul deməyəcəklər
3-07-2015, 15:45
İlqarə Kazımova: “Mən intim həyatını gizli saxlayan cinsi azlıqlara hər zaman dəstəyəm”