Nazirin malikanəsi ilə bağlı sensasion durum - İcra başçısı və hakimin adı olan iş prokurorluqda!
Tarix: 23-09-2015 | Saat: 00:41
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı malikanəsinin olduğu torpaq sahəsi ilə bağlı böyük narazılıq yaranıb. 50-yə yaxın Göyçayın Hüngütlü qəsəbəsinin sakini onlardan torpaq sahələrinin su qiymətinə alınaraq hasarlanmasına etiraz edirlər
Nazirə məxsus olan və ərazisində vertolyot meydançası, gölü, tennis kortu və bir çox başqa istirahət guşələri olan dəbdəbəli malikanə rayonun Hüngütlü qəsəbəsi ərazisində yerləşir:
"Malikanənin tikintisinə 2010-cu ildə başlanıb. Həmin il Hüngütlü sakinlərindən torpaq sahələri alınmağa başlayıb. Torpağı alan o dövrdə Göyçay Rayon İcra Hakimiyyətində hüquqşünas vəzifəsində çalışan, hazırda Ağsu rayon məhkəməsinin hakimi olan Ruslan Əlizadə olub. Təxminən 50-yə yaxın Hüngütlü sakinindən pay torpağı alınaraq çəpərləri və torpaqlar üzərindəki tikililər sökülüb. Beləliklə böyük bir ərazi tikili və çəpərlərdən təmizlənərək hasara alınıb. O dövrdə torpağı alınanlardan biri də milliyyətcə ləzgi olan Niyaz Qiyas oğlu Rzayev olub. Bu şəxsi Hüngütlüdə 10 hektar torpaq sahəsi olub. Həmin torpaq üzərində istixanalar və ferma yerləşirmiş. 2010-cu ildə Ruslan Əlizadə torpaq sahibi olan digər Hüngütlü sakinləri kimi ona da yaxınlaşaraq torpağını almaq istədiyini bildirib.
N.Rzayev torpağı satmaq niyyətində olmadığını deyəndən sonra ona hədə-qorxu gəlinib. Torpağın hakimiyyətdə ən yüksək pillələrdən birində dayanan məmurun xanımına hədiyyə verilmək üçün alındığı deyilib. N.Rzayev inadının fayda verməyəcəyini görəndə torpağı satıb və fermer fəaliyyəti ilə digər bir ərazidə məşğul olmaq qərarına gəlib. Torpağın üzərindəki tikililərlə birgə 215 min manata satılması razılaşdırılıb.
R.Əlizadə N.Rzayevə 105 min manat versə də, qalan pulu bu gün də ödəməkdən yayınır. N.Rzayev 2 il ərazində R.Əlizadənin və rayonun icra başçısı olmuş Mansur Məmmədovun yanına gedib pulunun qalan hissəsini tələb edib. Amma ona quru vəddən başqa bir şey verilməyib. N.Rzayevin şikayəti əsasında hazırda bu məsələ araşdırılır".
Saytın iddiasına görə, N.Rzayevin şikayətlərindən sonra məsələ Ədliyyə Nazirliyində və Baş Prokurorluqda araşdırılmağa başlayıb: "Deyilənə görə, artıq Göyçay Dövlət Notariusunun arxivindən malikanənin yerləşdiyi torpaq sahəsinə aid sənədlərin alqı-satqı müqavilələrinin surətləri də götürülüb. Məlum olub ki, Hüngütlü sakinləri ilə aparılan alqı-satqı müqavilələrində tərəf kimi Ziya Məmmədova bağlılığı olan "Flae M” adlı şirkətin adı keçir. Həmçinin notariusdan faktiki nəqliyyat nazirinə məxsus olan, lakin Ruslan Əlizadənin adına rəsmiləşdirilən əmlaklara dair sənədlərin də surətlərinin götürülməsi haqda məlumat var".
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.(musavat.com)
Xəbəri paylaş
9368 dəfə oxunub.
Digər xəbərlər

29-03-2015, 16:41
ABŞ İranın nüvə silahından qorxur
16-03-2016, 11:16
Ərdoğan İlham Əliyevi belə yola saldı (FOTO)
12-11-2019, 18:42
Vüqar Muradovun evindən oğurluq edən şəxs tutuldu
6-10-2015, 12:00
“Lənkəranskinin atasını ağaca bağlayıb güllələdi...”
13-02-2017, 14:16
Almaniya millisi Bakıya nə vaxt gələcək?
13-08-2016, 11:17
DƏHŞƏT: 100 ölü, 700 yaralı
12-12-2021, 11:26
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
13-08-2023, 19:46
Şəkidə məşhur istirahət mərkəzində yanğın olub - VİDEO
25-09-2016, 00:32
Astroloji proqnoz - 25 sentyabr
10-05-2016, 07:12
Gəncədə bazarda yanğın olub