Ermənistan Azərbaycana qaçan hüquq müdafiəçisini axtarışa verdi
Tarix: 20-09-2015 | Saat: 01:15
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər
Vaan Martirosyan sentyabrın 9-dan ölkəsində axtarışa verilib
Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan sentyabrın 9-dan ölkəsində axtarışa verilib.
APA-nın “Aysor.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildiriblər.
Qeyd olunub ki, V. Martirosyan iri məbləğdə pul oğurlamaqda ittiham edilir. Konkret olaraq bildirilir ki, V. Martirosyan həyat yoldaşı və qızı ilə bir neçə gün ərzində dostunun evində yaşayıb və oradan 4 min dollar oğurlayıb.
Ermənistanın İstintaq Komitəsindən həmçinin bildiriblər ki, V. Martirosyan Ermənistan parlamentinin deputat Mger Sedrakyanın işçiləri tərəfindən döyülməsi faktı ilə bağlı dindirilməyib. Çünki zərərçəkən şəxs işi araşdıran quruma gəlməyib.
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

28-11-2016, 22:30
Azərbaycanda qaz və işıq bahalaşdı - RƏSMİ QƏRAR
12-03-2020, 15:50
Vilayət Eyvazov rəisi işdən çıxardı
5-09-2022, 10:58
Bir kənd yasda - 7 qadın dəfn edilir - FOTO
25-10-2017, 12:42
Gələn il keçiriləcək prezident seçkilərinə 55 milyon manatdan artıq vəsait ayrılacaq
13-10-2021, 16:44
Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma artır
25-05-2017, 17:38
Bərdədə 11 yaşlı uşaq zibillikdən pul qazanır - VİDEO
26-01-2017, 16:15
Avtoqraf verdiyi qızla evlənir - FOTO
13-11-2015, 12:58
Bakıda polisin təqib etdiyi maşın qəza törətdi – FOTO