Bu bankda böhranda - Filialı bağlandı
Tarix: 17-09-2015 | Saat: 16:30
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bəzisinin fəaliyyətində problemlər yaranıb
Əsas problemlərdən biri kimi isə maliyyə çatışmazlığı göstərilir. İstehlak kreditlərinin həcminin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən də bankların bəzisi xidmət şəbəkəsini mümkün qədər kiçiltmək və ixtisarlar aparmaq məcburiyyətindədir.
Xəbəraz.az xəbər verir ki, "azərfaks"-ın əldə etdiyi məlumata görə, xidmət şəbəkəsini yenidən komplektləşdirməyə qərar vermiş banklardan biri də "Bank Respublika"dır. Məlumatlı mənbə iddia edir ki, dəyişikliklərə artıq başlanılıb və bu proses hələ ki qərb bölgəsini əhatə edir. Məlumata görə, "Bank Respublika"nın Goranboy şöbəsi artıq fəaliyyətini dayandırıb. Bu filialın əhatə etdiyi dairənin Gəncə filialına verildiyini deyən mənbə, hazırda təhvil-təslim işlərinin aparıldığını da bildirib: "Orada heç bir əməliyyat aparılmır. Filialı Gəncəyə biləşdirirlər. İşçi heyətinin taleyi barədə isə heç bir məlumat yoxdur".
Saytın əməkdaşı məsələ ilə bağlı "Bank Respublika"nın baş ofisi ilə əlaqə saxlayıb. Bankın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ramil Bayramov Goranboy filialının hazırda öz işini davam etdirdiyini deyib.
Lakin bankın Goranboy filialının müdiri Toğrul Sadıqov məlumatı təsdiqləyib. O, saytın əməkdaşı ilə söhbətində Goranboy filialının Gəncə filialına birləşdirildiyini deyib. T.Sadıqov işçi heyəti ilə bağlı hansı qərar verildiyinə dair sualı da cavabsız qoymayıb. Onun sözlərinə görə, filialların birləşdirildiyi barədə işçilərə məlumat verilib: "Çalışacağıq ki, onları digər filiallarda işlə təmin edək".
Xəbəri paylaş
6248 dəfə oxunub.
Digər xəbərlər

27-06-2017, 11:52
Fatimə əməliyyatla 7 kilo arıqladı - FOTOLAR
26-12-2016, 18:13
Mehriban Əliyeva uşaq evlərini bitirən gənclər üçün yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edib - FOTO
6-12-2021, 10:40
İşsizlərin NƏZƏRİNƏ! - Bu sənədləri təqdim edin və... - VİDEO
13-08-2021, 13:50
Azərbaycan niyə İsraildən 2 milyard dollarlıq silah alır? – Ekspertdən “müharibə olacaqmı” sualına cavab
25-01-2021, 16:06
Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır - Foto
17-07-2015, 19:13
İlham Əliyev 3 milyon manat ayırdı
22-11-2018, 11:10
"Kosovoya məğlubiyyətə görə bütün Azərbaycandan üzr istəyirəm"
24-12-2015, 20:23
Azərbaycanla Rusiya arasında imzalanmış protokol təsdiq edildi
8-12-2020, 13:27
YAŞAT Fondunun bank rekvizitləri açıqlandı