Zoğal sinə xərçənginin qarşısını alır - Bilinməyən faydaları
Tarix: 24-08-2015 | Saat: 21:30
Bölmə:M / Karusel / Səhiyyə / Maraqlı | çapa göndər
Turş meyvəni sevənlər üçün zoğal əla seçimdir.
Xəbəraz zoğalın faydalarını araşdırdı:
Qabığından hazırlanan ekstraktı arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsindən svinka, qan azlığında, soyuqdəymədə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşanasından hazırlanan spirtsiz içkilərdən malyariyada, iştahanın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştaha artırıcı vasitə kimi istifadə edilir.
Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Bundan başqa, zoğaldan hazırlanan şirə mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur.
Zoğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur.
Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra yaranın üstünə səpdikdə yara tezliklə sağalır.
Zoğalın yarpaqlarından hazırlanan çay bədəni möhkəmləndirən vasitə kimi tövsiyə olunur. Təzə dərilmiş zoğal meyvəsindən hazırlanan sirop isə raxitlik, angina, sinqa xəstəliklərində, qan azlığında yaxşı effekt verir.
Zoğal çox qüvvətli bir antioksidantdır
Zoğal vitaminlər, minerallar və güclü antioksidantlar ilə dolu olduğu üçün nizamlı istehlakı immunitet sisteminin güclənməsinə yardımçı olur. İmmun sistemini sürətlə gücləndirir. Xüsusilə qan dövranı sisteminə təsiri böyükdür.
İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən radikalların qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur.
Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunar və bu sayədə yuxu yatarıq. Lakin melatonin kifayət qədər ifraz olunmazsa xərçəng meydana gəlir. Hüceyrə istehsalı sürətlə pozulmağa başlayır.
Yuxu probleminiz varsa və yata bilmirsinizsə yatmadan əvvəl mütləq 1 stəkan zoğal suyu için. Melatonin sürətlə ifraz olunduqca yuxunuz gələcək.
Gündə 1 ovuc qədər zoğal yemək döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır.
Aparılan araşdırmalarda zoğalda brokkolidən 5 qat daha çox antioksidant tapılıb. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur. Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi narahatlıqlardan mühafizə edir.
Zoğal sidik yolu infeksiyalarında məsləhət görülür. Sidiyin tərkibindəki turşu miqdarını artıraraq böyrək daşı meydana gəlməsinə mane olur. Üstəlik, mövcud olan daşlardan xilas olmağı təmin edir.
Təbii bir antibiotik olan zoğal mədə xorası kimi xəstəliklərə xeyirlidir.
Zoğal temperaturu salar və ishalı dayandırar. Yara və yanıqlarda müalicəvi xüsusiyyəti vardır. Əzilərək yaralara və yanıqların üzərinə qoyulur.
Klimaks dövründə qadınlarda yaranan istibasmalarının qabağına alar.
Depressiya və ruhi xəstəliklərdə yaxşı təsir göstərən bitkidir. Xüsusilə şəkər xəstələrinə təklif edilir. Çünki içində şəkər nisbəti aşağıdır.
Zoğal suyunda olan turşular və digər faydalı komponentlər böyrək daşlarının parçalanmasını təmin edir və böyrək daşı əmələ gəlməsini qarşısını almağa də yardımçı olur.
İçində olan fitokimyəvi maddələr qocalma prosesini ləngidir.
Arıqlamaq istəyənlərə zoğal suyu içmək üçün bir səbəb daha. Belə ki, zoğalın tərkibi bədəndəki yağ ehtiyatlarını əriməsini təmin edən və çəki itkisinə səbəb olan üzvi turşular ibarətdir.
Sellülit problemini azaltdığı və ümumiyyətlə dəri sağlamlığını yaxşılaşdırdığı da məlumdur.
Səpgi və yanıqları daha tez sağaltması da önəmli faydalarından biridir.
Həzm sistemi sağlamlığının qorunmasına köməkçi olur. Zoğalda olan proantosiyanidinler deyilən birləşmələr bağırsaq xərçəngi daxil olmaqla müxtəlif həyatı təhdid edən xəstəliklərin qarşısının alınmasına yardımçı olur.
Xəbəri paylaş
9268 dəfə oxunub.
Digər xəbərlər

10-05-2016, 04:59
Rusiyanın “Gece canavarları” Berlinə girdi
26-10-2021, 12:13
“Birlik” MTK sakinləri BELƏ OYUNA SALDI... - "Bu pulu bizə kimsə bağışlamayacaq..."
17-07-2019, 15:44
Taksi xidməti niyə bahalaşır? - Turistlər günahkardır?
29-03-2015, 18:21
Yataqda axmaq kimi davranmamağın 7 yolu!
23-09-2018, 12:52
Elmar Vəliyevin “qara kassası“ həbs oluna bilər – “Deyir ki, pulları Vəliyevəverib”
6-06-2019, 13:12
İtkin düşən 3 yaşlı Zəhranın işi ciddi nəzarətə götürüldü
11-05-2023, 11:39
Yol qırağında yaşayanlarda bu XƏSTƏLİYİN RİSKİ daha çoxdur
21-10-2016, 13:54
Bu, ABŞ seçki tarixində ilkdir – Obamadan etiraz
6-03-2017, 18:12
Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO - FOTO