İlham Əliyev jurnalistin ölümü işini şəxsi nəzarətinə götürdü
Tarix: 10-08-2015 | Saat: 13:15
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər
Xeberaz.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, prezident İlham Əliyev avqustun 8-də ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub
Azərbaycan prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir.
Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.
Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin başvermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib (AZƏRTAC).
Xəbəri paylaş
8268 dəfə oxunub.
Digər xəbərlər

22-07-2022, 13:19
DSX-nin sabiq hərbçiləri saxlanıldı: Sərhəddə narkotik yığırmışlar
6-05-2016, 00:24
Bakıda idmançı özünü binadan atdı
14-09-2016, 10:37
Ayı geoloqu parçaladı, cəsədini meşəyə apardı DƏHŞƏT!
2-02-2022, 09:15
Qripdən 1 günə xilas edən təbii içki - RESEPT
24-08-2019, 18:53
Onlar da ölmək istəmirdi... - FOTOLAR
23-10-2015, 20:47
Lukaşenko Yaqub Eyyubovu və Xanlar Fətiyevi mükafatlandırdı
23-11-2020, 09:55
Rusiya Qarabağa xidməti itlərlə 100 hərbçi göndərdi
5-06-2023, 20:40
Məşuquna çılpaq şəkillərini göndərən ərli qadının başına görün nə oyun açdılar - Bakıda şok
21-07-2016, 14:04
İbrahim Samiraldonu parodiya etdi - VİDEO
25-02-2021, 21:34
Paşinyan yenə Putinə zəng etdi