Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Ərdoğan: İlk addım atıldı
Tarix: 24-07-2015 | Saat: 17:39
Bölmə:M, K, Siyasət | çapa göndər

Ərdoğan: İlk addım atıldı
Türkiyə prezidenti İŞİD-ın bombardımanı, ölkədə keçirilən əməliyyatları şərh etdi.
"Bu gecə ilk addım qərarlı şəkildə atıldı. Eyni zamanda ölkənin 16 vilayətində 300-ə yaxın nöqtədə əməliyyatlar başladı. İndiyə qədər çox sayda şübhəli saxlanılıb. Bu sadəcə bir gecəlik əməliyyat deyildi və bundan sonrada qərarlı şəkildə davam edəcək".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyədə baş verən prosesləri şərh edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan hədəflərinin də bəlli oduğunu qeyd edib. Onun sözlərinə görə, istər İŞID, istər PKK, istərsədə digər terror təşkilatlarının olmasının heç bir fərqi yoxdur. Onlarla mübarizə üçün lazımi addımlar atılacaq. "Çünki dövlət olan yerdə fərqli bir dövlətin yaranmasına icazə verə bilmərik. Bunların hamısı milli təhlükəsizliyimizə qarşı olan addımlardır".

O, ölkə vətəndaşlarına qorxu atmosferində olmamağı tövsiyyə edib. O, mediyaya da müraciət edib.Prezident mətbuatdan terror təşkilatlarını dəstəklərə dəstək olmamağı, ölkənin bütövlüyünə dəstək verməyə səsləyib.

R.T.Ərdoğan bombardıman barədə də mövqeyini açıqlayıb. Ərdoğan deyib ki, artıq vəziyyət cızığından çıxmış haldadır. Suriyadakı hadisələr, yaşananlar Türkiyəni fərqli bir addım atmasını zəruri edir.

Ölkənin baş naziri Əhməd Davudoğlu da son hadisələrlə bağlı jurnalistlərin suallarına cavab verib. O, türkiyənin hazırda çox çətin mərhələdən keçdiyini deyib.

"Ətrafdakı ölkələrin çoxunda ictimai asayiş pozulub, terror təşkilatının təzyiqləri altında son dərəcə xaotik bir vəziyyət yaşanır. Bu ölkələrdə nəinki seçki, heç gündəlik həyatı davam etdirmək mümkün deyil. Amma Türkiyə sadəcə bölgənin deyil, dünyanın ən güclü demokratiyalarından biri olduğunu ortaya qoydu.

İŞID-a qarşı əməliyyat hədəfinə çatdı. Hər an Suriyanın üzərində və sərhədə axın bölgələrdə növbədəyik. Ən kişik hərəkətlilik müşahidə edilsə belə şiddətli reaksiya göstəriləcək".



1438 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
21-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___