Elman Rüstəmovdan manatla bağlı - AÇIQLAMA
Tarix: 01-02-2019 | Saat: 12:05
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
2018-ci ildə başlıca vəzifə Azərbaycanda makroiqtisadi sabitliyi dayanıqlı hala keçirmək idi. Ölkə bu ili 2,3% orta illik inflyasiya ilə başa vurdu. Bu məsələdə məzənnə dayanıqlığının xüsusi rolu oldu. Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, 2018-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə köçürülməli olan vəsaitin 100 milyonu büdcəyə valyuta şəklində daxil olub. Bu isə dövlətin valyuta ilə olan öhdəliklərinə xidmət edəcək.
“Manatın sabitliyinin qorunması üçün aprel-avqust aylarında panika yaranmaması üçün tədbirlər gördük. Qonşu dövlətlərdə milli valyutalarda yüksək volatillik bizə də ciddi şəkildə təsir etdi. Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməyərək, valyuta satışının həcmini bir qədər yüksəlməklə vəziyyəti tənzimlədik. Ölkənin tədiyyə balansında üç milyard dollarlıq artıq valyuta təklifi ola bilərdi, ancaq bu valyutanın göstərə biləcəyi təsirlər də sterilizasiya nəticəsində aradan qaldırıldı.
Manatın məzənnəsi ilə bağlı son söhbətlər qeyri-ciddidir. Neftin şokundan qorunmaq üçün müvafiq addımlar atılıb və tədbirlər görülüb. Bu məsələ əhəmiyyətli dərəcədə neytrallaşdırılıb və volatillik məhdudlaşdırılıb”.
Xəbəri paylaş
5378 dəfə oxunub.
Digər xəbərlər

29-06-2020, 13:42
İlham Əliyev və xanımı İçərişəhərdə
27-04-2017, 19:08
Elməddin görünüşü haqda: "Olan budur..."
14-01-2017, 14:16
Rusiyaya bəd xəbər: Trampdan qərar
4-03-2016, 15:48
Dünyanın ən sirli küçə rəssamı
27-01-2016, 20:24
Azərbaycan neftinin bu il üzrə orta qiymətini açıqlandı
16-04-2016, 23:54
Reportaj əsnasında müxbir üzündən vuruldu - Video
3-05-2020, 04:17
Gözələ baxmaq sağlamlığa ziyanmış
29-04-2017, 22:33
10 ildən sonra Premyer Liqanı tərk etdilər
11-03-2018, 19:52
Azərbaycan Polisindən nöbəti nümunəvi addım