Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.
Xəbəraz.Az xəbər verir ki, unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisi keçirilib. ''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.
Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib.
Adıçəkilən sənət adamları ''Lotu Quli'' kimi tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifova hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər. Gürcüstanda keçirilən toyda ''qanuni oğru'' ''Lotu Quli''nin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlandığı bildirilir. Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib. Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.
''Lotu Quli''nin ailəsində 3 gün 3 gecə toy: məşhurlar pulsuz oxudular-VİDEO
Tarix: 29-11-2018 | Saat: 15:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
9728 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-11-2018 | Saat: 15:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
4-10-2017, 17:47
Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirmişdir
27-04-2016, 12:33
Rusiya müdafiə nazirindən Ermənistana dəstək
12-04-2022, 10:35
Evi olmayanların NƏZƏRİNƏ! - ŞAD XƏBƏR AÇIQLANDI - VİDEO
9-12-2016, 20:01
Bakının bu küçəsindəki bütün binalar söküləcək - FOTO
16-07-2015, 10:21
Prezident Azərbaycan xalqını təbrik edib
21-02-2022, 13:34
Sabah Novruzun ilk çərşənbəsidir
17-02-2016, 15:43
Bakıda yol polisinə hücum – FOTO
6-10-2015, 23:31
Azərbaycanlı biznesmen polislərlə atışdı - FOTOLAR + VİDEO
10-12-2015, 11:17
Məşhur atanın qızı alt paltarı reklamında - FOTO