Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Oğul var ev üçün, oğul da var el üçün doğular!
Tarix: 25-10-2018, 18:08 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / İdman / Fotogalereya / Ekskluziv | çapa göndər


                                 İki qızıl bir gümüş medalla vətənə dönən qəhrəman. 
Payızın bol-bərəkətli,bir az da həzin, kövrək günlərində yavaş-yavaş vücudumuzu üşüdən sərinliyə vətən övladının vətəndən uzaqda bayrağımızı göylərə qaldırması bir anda ruhumuza bahar istisi gətirdi. Yeniyetməliyindən başlayaraq dünya arenalarında himnimizi səsləndirib, bayrağımızı dalğalandıran idmançılarımız milli qüruru olan hər bir azərbaycanlının sinəsini fərəhlə qabardır. Bu dəfə də o fərəhli anları bizə yaşadan gənc idmançımız Məhəmməd Məmmədli oktyabr ayının 20-dən 27-ə kimi ağır atletka üzrə Avropa çempionatında  Polşanın Zamots şəhərində kecirilən turnirdə  2 qızıl və 1 gümüş medala sahib olmaqla vətənə və xalqına baş ucalığı qazandırdı.Bu gün Avropanın mərkəzində, tanınan dövlətlər arasında gənc idmancı Məhəmməd Məmmədli Avropanın  informasiya vasitələrini Azərbaycan adını dönə-dönə vurğulamağa, milyonların bayrağımızın yüksəlişinə tamaşa etdirməyə vadar etdi.
Məhəmməd Etibar oğlu Məmmədli 1997-ci ilin 31 oktyabrında İsmayıllı rayonunda idmançı ailəsində dünyaya göz açıb. Əmisi Asif Məlikov 1996-cı ildə idmanın  ağır atletika növündə olimpiya iştirakçısı, 1997-ci ildə isə dünya ikincisi adına laiq görülüb. SSRİ çempionu, Avropa çempionu titulları qazanıb. Eləcə də o dövr Azərbaycanda ilin ən yaxşı idmançısı seçilib.  Qardaşı Elbrus Məmmədli və əmisi oğlu Mətləb Mamedov idmanın ağır atletika növündə Respublika çempionu adını qazanıb. Məhəmməd Məmmədlini əhatə edən ailəsindəki sağlam idman atmosferası ona da öz təsirini göstərdi. Kiçik yaşlarından evdə tək başına vaxtını idmana həsr edən Məhəmmədin qabiliyyəti valideyinlərinin gözündən yayınmadı. On bir yaşına çatdığında isə İsmayıllı rayon Uşaq Gənclər İdman Məktəbində (UGİM)  idmanın ağır atletika növündə qardaşı Elbrusun köməyi ilə peşəkar məşqlərə başladı.  Məşqçisi dəfələrlə Azərbaycan çempionu adını qazanmış, beynəlxalq turnirlərdə fəxri-fərmanlarla təltif olunmuş, ağır atletika üzrə Azərbaycan Respublikasının idman ustası, hal-hazırda Milli Komandanın Baş Məşqiçisi Asif Cahan oğlu Məmmədov elə ilk gündən tələbəsinin gələcəkdə böyük uğurlara imza atacağından əmin olur. Ustasının gənc idmançımız Məhəmmədə olan ümidləri boşa çıxmır. 2013-cü ildə yeniyetmələr arasında Avropa çempionatında ikincilik qazanmaqla, gümüş medala layiq görülür. Əlbətdə bu qələbə idmançının ilk beynəlxalq səviyyəli uğuru idi ki, həm ailəsinin həm də məşqçisinin onun üçün çəkdikləri zəhmətə mükafatı oldu. 2014-15-16-cı illərdə Respublikada keçirilən yarışlarda  qazandığı uğurları sayəsində 2016-ci ildə 19 yaşında İdman ustası adını almağa müvəffəq olur. 2017-ci ildə Yaponiyanın paytaxtında gənclər arasında keçirilən dünya çempionatında və.s kimi qazandığı uğurlar Məhəmmədə əsla arxayınçılıq yaratmır, əksinə günü-gündən əzmkarlığını artırır. O əzmkarlığının nəticəsi olaraq 2017-ci ildə Avropa çempionatında təkanla qaldırma hərəkətində bürünc medala layiq görülüb. Eləcə də bir çox respublika və beynəlxlq turnirlərlərin qalibi olub.
Hal-Hazırda “Zirvə-İsmayıllı”klubunda məşqlərini davam etdirən Məhəmməd Məmmədli qazandığı qələbələri ilə yalnız öz adını deyil, klubun şöhrətini də yüksəldir. İdmançımız qazandığı idman uğurları ilə yanaşı, eləcə də təhsilin də diqqətdən kənarda saxlamır. Azərbaycan Bədən Tərbiyə və İdman Akademiyasının dördüncü kurs tələbəsi olan Məhəmmədin gələcəkdəki hədəflərindən ən alisi ondan ibarətdir ki, öz məşqiçisi Asif Məmmədovdan aldığı fiziki mənəvi və idmanla bağlı elmi biliklərini öz yetirmələrinə öyrədə bilsin. Çünki Məhəmməd sevimli məşqiçisinin irsini davam etdirməyi özünə mənəvi borc hesab edir.
Qeyd etmək istərdik ki, dövlətimizin idmana ayırdığı yüksək diqqət və qayğının nəticəsi bu gün özünü yüksək səviyyədə büruzə verir. Beynəlxalq turnirlər, dünya cempionatları və olimpiyadalarda qazanılan hər bir medal Azərbaycanı seçilən dövlətlər sırasında edir. Ağır Atletika idman növündə çalışan idmançılarımız və bu idmana rəhbərlik edən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) və federasiyanın prezidenti  Cahangir Əsgərovun da bu sahədə çəkdiyi zəhmətlər təqdirə laiqdir. Məhz bu gün AAAF federasiyasının dövlətə və millətə olan xidmətləri sayəsində Azərbaycanımızda bu qədər istedadlı atletlərimiz yetişir.  Oktyabr ayının 24-də uğurla vətənə dönən idmançılarımızı AAAF-ın baş katibi və müəllimləri təntənə ilə qarşıladılar.
Biz də “Xəbəraz.az” informasiya agentliyi olaraq  xalğımıza baş ucalığı gətirən Məhəmməd Məmmədli və onun simasında bütün idmançılarımıza bizlərə qələbə sevinci yaşatdıqları üçün dərin mittətdarlığımızı bildiririk. Sonda isə 31 oktyabr tarixində doğum günü olacaq gənc idmançımız Məhəmməd Məmmədliyə uzun ömr, can sağlığı, yeni-yeni zirvələr, hər zaman xalqına dəyərli övlad olmağı arzu edirik. Allah hər zaman üzünüzü ağ, alnınızı açıq etsin. Amin!

Tərifə Şükürqızı  


 
                    
шаблоны для dle 11.2

1338 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___