Tarix: 25-10-2018 | Saat: 17:16
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"Dünyada milyonlarla insan aclıq və iqtisadi məngənələrdən sıxılır. Biz üzərimizə götürülən öhdəlikləri yerinə yetirməli, elə dünya qurmalıyıq ki, orada aclıq olmasın, insanlar xəstəlik tapmasınlar".
Bu sözləri Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Əli Əhmədov hesab edib ki, bu istiqamətdə qarşıda duran vəzifələr bizi daha ciddi işləməyə vadar edir:
Ə. Əhmədov qeyd edib ki, dünyanın simasını dəyişmək üçün bir neçə şərt var: “Dünya dövlətləri və liderləri iradə ortaya qoymalıdırlar. Qaçqınlar, toqquşmalar, müharibələr dünyamızın əsas problemləridir. Bunlar həll edilmədən 2030-cu ilə qədər dünyanın simasını dəyişdirmək mümkün deyil. Azərbaycan məcburi köçkün problemini yaşayan ilk dövlətlərdəndir. 10 milyon əhalisi olan Azərbaycanın 1 milyon məcburi köçkünü var. Azərbaycan torpaqlarının işğalı nəticəsində bu insanlar qaçqın vəziyyətinə düşüb. Azərbaycan hökuməti qaçqınların daha layiqli yaşaması üçün çalışıb, amma insanlar öz doğma evlərinə qayıda bilmir, çünki torpaqlarımız işğal altında qalır. Odur ki, bəşəriyyət, o cümlədən BMT səy göstərməlidir ki, qaçqın problemi öz həllini tapsın".
Xəbəri paylaş
Digər xəbərlər