Bəxtiyar Haqverdiyev rəis təyin edildi
Tarix: 14-06-2018 | Saat: 20:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bəxtiyar Haqverdiyev Gəncə şəhər Səhiyyə idarəsinin rəisi təyin olunub.
"Xəbəraz.az "-n məlumatına görə, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onu səhiyyə ictimaiyyətinə yeni rəisi təqdim edib.
E.Vəliyev bildirib ki, Bəxtiyar Haqverdiyev artiq səhiyyə sahəsində təcrübəyə malik, enerjili, müasir təfəkkürlü bir həkimdir: "Ümidvaram ki, onun bu təyinatı gündən-günə inkişaf edən Gəncənin səhiyyə sahəsinin də müasirləşməsinə, yenilənməsinə yardımçı olacaq".
B.Haqverdiyev qeyd edib ki, fəaliyyəti dövründə Gəncə səhiyyəsinin daha da inkişaf etdirilməsinə, beynəlxalq müasir tibbi biliklərin və yeni texnologiyaların tətbiqinə, o cümlədən də əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün bilik və bacarığıni ortaya qoyacaq, ona göstərilən yüksək etimadı doğrultmağa calışacaq.
Millət vəkili Naqif Həmzəyev Gəncə səhiyyəsinə gənc və perspektivli, bilikli və bacarıqlı bir rəhbərin təyin olunmasını təqdirəlayiq hesab edib: "Bu gün yaşlı nəslin bilik və təcrübələrindən yararlanaraq gənclərin önə çəkilməsi, onların ölkəmizin istənilən sahələrində, o cümlədən də tibb sahəsində inkişafına dəstək olmaq əsas prioritetlərdəndir".
Qeyd edək ki, B.Haqverdiyev tibb üzrə fəlsəfə doktorudur, 1978-ci ildə Xocalı şəhərində anadan olub. 1995-ci ildə məktəbi bitirən B.Haqverdiyev yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində cərrahiyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb. B.Haqverdiyev 2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb. 2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub. 2016-cı ildən bu günədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.
Xəbəri paylaş
1 2798 dəfə oxunub.
Digər xəbərlər

21-07-2017, 11:05
Bakıda idmançı "Galendewagen"lə adam vurdu
23-02-2016, 19:03
Quranda adı çəkilən yeganə ədviyyat
29-10-2017, 13:00
Payız haqqında BİLMƏDİKLƏRİNİZ - 10 MARAQLI FAKT
23-07-2022, 11:33
Uşaqlar arasında yenə virus yayılıb - VİDEO
26-04-2018, 11:41
Verlişlərin məşhur eksperti dələduzluqda ittiham olunur
16-06-2017, 11:36
Metyu Brayza: “ABŞ rəhbərliyində Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaq siyasətçi yoxdur”
27-05-2016, 02:17
Mətbuat Şurası Ukraynaya müraciət etdi - Bəyanat
24-06-2017, 11:32
Mehriban Əliyevaya yeni köməkçi təyin edildi - SƏRƏNCAM
3-08-2016, 16:53
Dəhşətli QƏZA: Təyyarə yerə çırpıldı: hava limanı bağlandı - VİDEO