Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki ildir başına gətirilən müsibətlərə çarə tapa bilməyən vətəndaş Anar Həbib oğlu -FOTO
Tarix: 04-06-2018 | Saat: 18:59
Bölmə:M / Karusel / Hadisə / Foto-fakt / Araşdırma | çapa göndər


İki ildir başına gətirilən müsibətlərə çarə tapa bilməyən vətəndaş Anar Həbib oğlu Əmrahov dərdini bizimlə bölüşmək üçün redaksiyamıza pənah gətirdi. Vətəndaşın dərdini dinləyib, kömək etmək məqsədi ilə araşdırmaya başladıq.
Araşdırmamızdan məlum oldu ki A.Əmrahov yaşadığı Fətəli xan Xoyski küçəsində ona qonşu olan Ülkər adlı qızıl alveri ilə məşqul olan qadınla tanış olur. Ülkər biznesini genişləndirmək məqsədi ilə Anardan yüksək miqdarda borc pul alır. Nəhayət Ülkərin borcunun miqdarı 7 000 (yeddi min) AZN təşkil edir. Borc verən borcunu geri istədikdə isə borclu ilə borc verən aralarında ciddi narazılıqlar yaranır. Nəhayət büyük qalma-qaldan sonra Ülkər borcun tam məbləğindən 500(beş yüz) manat kəsir olmaqla geri qaytarır.
Anar ilə Ülkərin münasibətləri kəsginləşmədən öncə Ülkər Samirə adlı qadını yaxın rəfiqəsi kimi Anarla tanış edib. Eyni zamanda Ülkər Samirəyə Anarın borc pul verdiyini qeyd etməyi də unutmayıb. Samirə yeni tanışı Anarın borca pul verdiyini öyrəndikdən sonra rəfiqəsi kimi ondan yararlanmaq qərarına gəlir. Samirə də rəfiqəsi kimi qızıl alveri ilə məşqul olduğunu və bunun üçün böyük miqdarda pula ehtiyacı olduğunu söyləyib, Anardan borc pul alır. Əvəzində isə Anarı inandırır ki, yeni obyekt açıb və Anarı da şərik etmək istəyir. Samirənin hiylə və yalanlarına sadəlövcəsinə inanan Anar, onun tələb etdiyi pulu borc-xərc tapıb notarial qaydada Samirəyə verir və verdiyi pulun məbləği 19 000(on doqquz min) AZN-ə qədər yüksəlir. Hətta Ə. Anar yaxın dostu Anarı da bu işə cəlb edir və düşünür ki, sonunda yüksək gəlir gətirəcək iş yeri olacaq. Amma atalar demişkən:-"Sən saydığını say,gör fələk nə sayır".


Nəhayət şərtləşdikləri vaxt-vədə gəlib çatır, amma nə Samirənin vəd etdiyi obyekt açılır, nə də aldığı pulları geri qaytarır. Anar bununla bağlı dəfələrlə Samirəyə telefon zəngləri etsə də Samirə telefonlara cavab vermir. Nəhayət Samirənin qeyri-qanunu yaşadığı İlkin adlı şəxs Anarı görüşə dəvət edib, Samirənin borcunu qaytaracağı barədə "kişi sözü" verir. Demə İlkinin verdiyi "kişi sözü" sabun köpükləri kimi havada partlayıb yox olur. Anar çıxış yolunu Samirənin yaxınları ilə görüşüb,məsələni həll etməkdə görür. Bu məqsədlə Samirənin qardaşı Raminlə görüşür və olanları təfərrüatı ilə hətta İlkinin verdiyi sözü belə Raminə çatdırır. Anarın bu addımı ona nəyin bahasına başa gələcək, bu barədə bir azdan ətraflı bəhs edəcəyik.
Yazının önündə Anarla Samirəni tanış edən "sədaqətli rəfiqə" Ülkərdən bəhs etmişdik. Anarla Samirə arasında baş verənləri əvvəlindən sonuna qədər diqqətdə saxlayan Ülkər yenidən meydana çıxıb, Anara "kömək əli" uzadır. Bu məqsədlə Anara yenidən 69 000(altmış doqquz min)AZN verməyi təklif edir. Anar isə Ülkərin hiyləsinə hiylə ilə cavab verməyi düşünür. Bildirir ki, tələb etdiyi məbləğdə pulu tapması üçün borc alıb Samirəyə verdiyi 19 000(on doqquz min) manat pulu qaytarmalıdır. Əks halda borc verən yenidən borc verməyəcək. Ülkər isə öz növbəsində bildirir ki, mən Samirənin 19000 min borcunu bir rəfiqə kimi qaytarıram.( Hətta bununla bağlı Ülkərlə Anar arasında gedən telefon danışıqları qeydə alınısa da nədənsə sonradan hüquq araşdırmaçıları bunu fakt kimi diqqətə almadılar.) Anar Ülkərdən 19000 mini aldlqdan sonra bildirir ki, pulu qaytarmayacaq, məsələni rəfiqəsi Samirə ilə öz aralarında həll etsinlər. Ülkərlə aralarında yaranan mübahisə Nərimanov rayon Polis İdarəsində müstəntiq Pərviz Məmmədov tərəfindən araşdırılır. İstintaqın gedişi əsnasında iş Pərviz Məmmədovdan alınıb, müstəntiq Xosrov Şükürova verilir. İşin istintaqı başa çatdırıldıqdan sonra Nərimanov rayon Məhkəməsinə göndərilir və hakimi Samir Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Az.Res. CM-nin 178-ci maddəsində etdiyi dəyişıkliyə və Anarın Ülkərə ona olan borcunun tam şəkildə 19 000(on doqquz) min manat pulu alması barədə 25 fevral 2018 ci il tarixin də notarial qaydasında təsdiq edilmiş ərizəsinə əsasən Anar Əmrahova törətdiyi əmələ görə 3500 (üç min beş yüz) manat cərimə ödəməsi barədə 19 mart 2018-ci il tarixində Hökm çıxarır.
Ülkərin davranışlarında maraq doğuran hal ondan ibarətdir ki, hakimin Hökmünü şübhə altına alıb, ondan narazılıq edir. Lakin Hökmdən şikayət etmir. Asan qazanc yolu tapdığını düşünüb, Anardan və onun ailəsindən əl çəkmir, təyziq altında saxlayır,hədə-qorxu yolu ilə beş ay ərzində əlavə pul tələb edir və ailədən küllü miqdarda pul alır. Ülkər bununla da razı olmayıb Anarın təqaüdçü anasının və əlil bacısının pensiya kartını əllərindən alıb, çörək pullarına belə göz dikib.
Biz jurnalist araşdırması apardığımız zaman yaratdığımız telefon söhbətində etdiyi əməli aşıq şəkildə söyləməkdən çəkinməyən Ülkər əməlindən fəxrlə danışır, hətta Anarın cərimə ilə canını qurtara bilməyəcəyi fikirini də bəyan edir.
Ülkərlə dialoqumuz aşaqıdakı kimi oldu:
Siz pulu tam həcmidə almağınız barədə notarial qaydada ərizə vermisiniz. Bu barədə fikiriniz?
--- Mənim o ərizədən xəbərim yoxdur. Saxta tərtib olunmuş sənəddir. Mən heç məhkəmədə belə olmamışam. Hökm mənsiz verilib.


Elə isə nə səbəblə məhkəmənin Hökmündən şikayyət vermədiniz?
----Mən Anarın 3500 manat cərimə ilə canını qurtarmasını istəmirəm
Siz qeyd edirsiniz ki, Anarın və yaxınlarının borcu ödəyəcəkləri barədə əlyazmaları vardır. Bəhs etdiyiniz sənəd hər hansı orqanda təsdiq olunub?
----Xeyir. Onlar tam borcu ödəmələri üçün məndən 3 ay müddət istədilər. Mən də 02.06.2018-ci il tarixinə qədər onlara müddət verdim.
Siz adı gedən sənədin notarial qaydada təsdiq olunmadan rəsmi sənəd kimi qəbul olunmasının qeyri-qanunu olduğunu bilirsiniz?
----Bəli bilirəm.
Elə isə nə səbəblə sözü gedən əlyazmaya əsaslanıb insanlara təyziq edirsiniz? .
---- Mən Anarın mənə etdiklərindən özümü öldürmək istədim.
Konkret olaraq Anarın hansı davranışını nəzərdə tutursunuz və onu da qeyd edək ki, bu bizim son sualımızın cavabı deyil.
Hadisələri araşdırdıqca aşıq-aydın görünür ki, Ülkərin hərəkətlərində hədə-qorxu yolu ilə insanlardan pul tələb etmək faklarınin olduğu ehtimall ortaya çıxır.
Biz yuxarıda Anarın Samirə tərəfindən aldadılmasından bəhs etdik və bu məsələyə yenidən qayıdacağımızı bildirdik. Qardaşı tərəfindən bacısının müəmmalı dostu olduğunun öyrənməsi Samirəyə və İlkinə xoş gəlmir. Belə olan halda bunun qisasını Anardan almağı düşünürlər. Bunun üçün Samirə ilə İlkin birlikdə plan hazırlayıb, İlkin Anarı görüşə dəvət edir. "Əyləş maşna gedib bir çay içək və məsələni öz aramızda həll edək " təklifinə inanan Anar İlkinlə maşına əyləşən zaman İlkin Anara arxada oturmağı təklif edir. Arxada oturan anda İlkinin özü kimi üç "silahdaşı" tələsik arxadan və öndən başına əyləşib, Anarı şəhərdən uzaqlaşdırmağa çalışırlar. Yolda həm fiziki həm də soyuq silahla Anara hədə-qorxu gəlib, ölümlə təhdid edirlər. Onlardan birinin Anara vurduğu təpik zərbəsinin güclü təsiri ilə hərəkətdə olan maşının qapısı açılır və Anar hərəkət edən avtomobildən bayıra yıxılmaqla, şuurunu itirir. Yoldan ötən opel markalı avtomobilin sürücüsü Anarın vəziyyətini görüb və təcili Semaşqa adlanan xəstəxanaya çatdırır. Bədənində aldığı ağır zərbələrdən nəhayət özünə gələn Anar DİN-nin xaynar xətti olan 102 xidmətinə müraciət edir.
Anarın müaraciəti aidiyyatı üzrə Xətayi rayon Polis İdarəsinə göndərilir. İşin istintaqı müstəntiq Ceyhun Mircavadlıya tapşırılır. C.Mircavadlı işi istintaqa göndərmədən bir neçə ay özündə saxlayır və nəhayət müəmmalı şəkildə işə xitam verir.
Hadisələrin gedişinə nəzər saldıqda sual doğuran qanunsuz fakların kifayət qədər olduğu, lakin hansısa səbəbdən bu faklara göz yumulması nə qanuna, nə də məntiqə sığır. İki ilə yaxın bir zamanda istər maddi, istər mənəvi, istərsə də fiziki təziqlərə məruz qalan Anar və ailəsi də Ülkər kimi Azərbaycan Respublikasının vətəndaşıdır. Hər bir Azərbaycan vətəndaşınin hüquqları konsitusiya ilə müdafiə edilir. Elə isə Ülkərin, Samirənin, İlkinin Anardan üstünlüyü nədən ibarətdir ki, "Feminanın tərəzisi" onların tərəfində ağır gəidi?

İnfoPlyus.Tv


Xəbəri paylaş

1 1268 dəfə oxunub.

Digər xəbərlər
28-02-2017, 10:08 Bakı nefti də ucuzlaşdı

bütün xəbərlər
____ Instagram ___