Təhsil haqqını ödəyə bilməyən tələbələrin DİQQƏTİNƏ!
Tarix: 02-02-2018 | Saat: 20:21
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
"Maarifçi" Tələbə Kredit Fondu təhsil haqqını ödəyə bilməyən tələbələrin kredit alması üçün müraciətlərin qəbuluna başlayıb.
Fonddan verilən məlumata görə, tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər. Təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.
Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.
Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub.
Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb.
Qeyd edək ki, “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb.
Xəbəri paylaş
8008 dəfə oxunub.
Digər xəbərlər

3-03-2016, 12:31
Kənan M.M.: Əvvəl 20 Yanvar metrosunda yer pulu yığırdım – VİDEO
24-03-2015, 21:56
İŞİD-ə qarşı vuruşanlar Azərbaycan bayrağı qaldırdı VİDEO
5-06-2018, 10:58
Azərbaycanda ceyranların sayı 7 minə çatıb
26-01-2016, 12:55
Ötən axşam xalq artisti Aygün Kazımova doğum gününü qeyd edib.
13-12-2021, 08:18
Üzünü yandırıb, onu kor edən adama ərə getdi - FOTO
29-05-2017, 11:59
Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...
9-07-2015, 20:39
“Ərimlə tutmuşam, sübut da etdim” Nazənin Təranəni məhkəmədə uddu
17-04-2015, 14:19
Bakıda general oğlu ilə davada yaralanmış şəxs dünyasını dəyişdi
18-01-2017, 14:51
Pis ağız qoxusundan qurtulmağın yolu... – HƏKİM YAZIR
22-06-2018, 14:42
Bakıda sürücü axır ki, maşını çırpmağa yer tapdı – Video