Azərbaycanda benzinlə bağlı YENİ QƏRAR
Tarix: 23-01-2018 | Saat: 13:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə bu gündən yeni aksiz dərəcələri tətbiq edilir.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, bu il yanvarın 23-də qüvvəyə minir. Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.
Xatırladaq ki, 2017-ci il iyul ayının 17-də Nazirlər Kabineti"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.
Onu da əlavə edək ki, analoji qərar 2016-cı ilin avqustunda Heydər Əliyev adına BNEZ-in təmirə dayanması ilə əlaqədar verilmişdi. Təmir prosesinin modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq, daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq "Ai-92” markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdi.
Xəbəri paylaş
1 0358 dəfə oxunub.
Digər xəbərlər

19-07-2015, 16:29
Ulduzların seçimi
19-09-2016, 18:43
Qida üçün yararsız balıqların satışının qarşısı alınıb
9-07-2015, 20:33
Bərdədə şok intihar görüntüsü- Foto
22-06-2017, 23:14
Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI
21-02-2017, 20:31
Kürdüstanın rəhbəri Türkiyəyə gedəcək
17-05-2022, 12:06
Zelenski azərbaycanlı komandirə “Ukrayna Qəhrəmanı” adı verdi
14-01-2020, 19:59
Kosmosda ilk dəfə yemək bişirildi - FOTO
20-08-2021, 10:59
Bu gün Operativ Qərargahın brifinqi olacaq - Karantin sərtləşdirilir?