Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Olland Qarabağa görə Bakıya gəlir
Tarix: 21-03-2015 | Saat: 01:53
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Olland Qarabağa görə Bakıya gəlir
Fransa prezidenti Fransua Olland aprel ayının sonlarında Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Xeberaz.az ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın dövlət katibi Arlem Dezir açıqlama verib.

Onun sözlərinə görə, Olland səfəri çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

"Paris Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionda öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi istiqamətində bütün səylərini göstərəcək", - deyə Arlem Dezir bildirib.

Diplomat qeyd edib ki, böldəgədəki möcud status-kvo nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına cavab vermir.

"2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə münaqişə üzrə diplomatik təşəbbüsün bərpa edilməsi arzu edilmişdi. Sammit zamanı razılıq əldə olunmuşdu ki, ilk humanitar addım atılsın, tkin düşənlər barədə informasiya mübadiləsi aparılsın", - deyə dövlət katibi bildirib.

Diplomat cəbhədə son aylarda yaranmış gərginliyə də toxunub: "Təmas xəttində yaranmış gərginlik bir daha göstərir ki, bu prinsiplərin həyata keçirilməsinə ehtiyac var. Fransa bu istiqamətdə bütün səylərini ortaya qoyacaq".


Xəbəri paylaş

6948 dəfə oxunub.

Digər xəbərlər
29-03-2015, 18:00 Spermanızın 10 düşməni

bütün xəbərlər
____ Instagram ___