17 yaşlı şagirdin intihar məktubu: “Peyğəmbərimin yanına gedirəm"
Tarix: 04-12-2017 | Saat: 14:58
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb.
Rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.
Bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.
Məktubda bunlar qeyd edilib: “Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.
İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
9078 dəfə oxunub.
Digər xəbərlər

14-12-2016, 22:43
Problemli kreditlərlə bağlı daha YENİ XƏBƏR
20-05-2017, 13:35
ABŞ prezidenti Donald Tramp ilk xarici səfərinə çıxıb.
10-11-2021, 13:07
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: noyabrın 10-dan...
13-05-2016, 21:50
Rüstəmxanlının qardaşı saxlanıldı - İnterpol
6-09-2016, 09:42
Prezident köhnə dostunu tapdı: “Saxlatdım maşını, elə o vaxtdan da tanış olduq” - VİDEO
28-01-2016, 03:56
Türkiyə daha dörd şəhid verib
28-02-2016, 10:27
Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?
10-01-2017, 16:27
İstanbulda namaz vaxtı məsciddə tavan çöküb - Yaralılar var+Video