"ASAN xidmət" mərkəzlərində nağdsız ödəniş imkanı
Tarix: 09-10-2017 | Saat: 10:27
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"ASAN xidmət" mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilib.
Azərbaycan prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkədə maliyyə xidmətlərinin çatdırılması kanallarının inkişaf etdirilməsi, o cümlədən maliyyə xidməti istehlakçılarına daha əlverişli nağdsız ödəniş imkanının yaradılması istiqamətində fəaliyyətini davam etdirir. "Görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli, 685 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilib", - deyə məlumatda vurğulanıb.
MBNP tərəfindən "ASAN xidmət" mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədilə bu ilin avqust ayında Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bankların, həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olunduğu İşçi Qrupu yaradılıb. Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və 2 saylı Bakı "ASAN Kommunal Mərkəzi"ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilib. Eyni zamanda, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində quraşdırılmış "ASAN ödəniş" terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.
Xəbəri paylaş
5958 dəfə oxunub.
Digər xəbərlər

18-10-2020, 10:46
Qarabağa döyüşməyə gələn Ohanyan məhv edildi
10-10-2016, 16:55
Afaq tanınmış müğənnini Bakıya gətirir - FOTOLAR
18-07-2020, 22:10
Güllə yarası alan erməni əsgər öldü
27-06-2016, 19:54
Göz yaşardan eksperiment: “Yüreqimiz...” – Video
23-06-2023, 10:33
Bakıda qadın “BMW” ilə moped sürücüsünü vurub öldürdü
28-07-2016, 13:48
EHTİYATLI OLUN! Bu içkilər böyrək daşı yaradır
24-06-2019, 16:37
“Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı
18-07-2015, 01:52
Eybəcər qadınlar belə gözəlləşirlər - FOTOLAR
19-04-2017, 12:38
Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI
19-05-2017, 10:12
Meyvə-tərəvəz qıtlığı gözlənilir?