İlham Əliyev Latviyanın keçmiş prezidentini qəbul etdi
Tarix: 25-06-2015 | Saat: 16:49
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər
Dövlət başçısı orden təqdim etdi.
Azərbaycan prezidenti İlham Əliyev iyunun 25-də Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib.
Xeberaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqayanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü dedi və ordeni ona təqdim etdi.
Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirdi və bundan şərəf hissi keçirdiyini vurğuladı.
Vayra Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini dedi. Latviyanın sabiq Prezidenti ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirdi.
Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqeyin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edildi.
Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulandı,
Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi, ölkəmizdə gedən böyük inkişaf proseslərinin önəmi qeyd olundu, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edildi.
Xəbəri paylaş
5468 dəfə oxunub.
Digər xəbərlər

7-07-2018, 17:19
Qarpız tumlarını atmayın! Bilsəniz nə qədər faydası var
19-07-2022, 11:42
Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb - VİDEO
5-07-2017, 11:32
“Qızımın intiqamını alacağam” - 2 yaşlı Zəhranın atası
17-02-2023, 12:53
Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir... – YEMƏKLƏRİNİZƏ SƏPİN
14-10-2015, 20:15
Putin rusiyalı məmurlara bunu da qadağan etdi
10-10-2016, 20:59
Türkiyə ilə bunu reallaşdırmaq istəyirik - Putin
11-11-2021, 10:45
Güclü külək Milli Məclisin binasına ziyan vurdu - VİDEO
13-07-2015, 14:42
"WhatsApp"da yeni təhlükə
13-04-2018, 22:10
Mübariz Qurbanlı seçkinin nəticələrindən DANIŞDI
20-05-2016, 20:42
Rusiya XİN: “NATO ilə dialoqa hazırıq”