"Məsuliyyət Ermənistanın üzərindədir" - NAZİRLİK
Tarix: 17-06-2017 | Saat: 16:42
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir”.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədə baş vermiş son hadisələri şərh edərkən deyib. O bildirib ki, Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib:
“15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üst olur. ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib. Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hal-hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.
Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.
Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.
Xəbəri paylaş
6568 dəfə oxunub.
Digər xəbərlər

8-07-2017, 12:33
Tramp Putinlə görüşün mükəmməl keçdiyini açıqlayıb
13-09-2017, 21:38
Azərbaycanlı tanınmış müğənni həbs oluna bilər
20-03-2016, 13:12
Möhtəşəm derbi: “Qalatasaray”, yoxsa “Fənərbaxça”?
30-08-2019, 13:44
Cin çıxarmaq üçün nar çubuğu ilə Muradı döyərək öldürməkdə suçlanan dəstə üzvləri vəkil tapa bilmir
20-05-2015, 16:56
Qəhrəman polis:Körpə uşaqlar, gəlinlər - hamısı ağlayırdı.
27-12-2021, 11:40
Van Dammın oğlunun azərbaycanlı həyat yoldaşı ilə yeni FOTOsu
21-03-2018, 11:58
Whatsapdan daha bir YENİLİK
15-01-2017, 15:53
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu prospekti sabahdan bağlı olacaq
26-01-2022, 10:48
Şəhid verən xalqlar üstündür - Xanəmir Telmanoğlu yazır
28-12-2016, 14:27
Bakıda 11-ci sinif şagirdi özünü öldürdü