Baş pediatr: "Özəl tibb müəssisələri şirkətlərlə işbirliyinə girir
Tarix: 11-05-2017 | Saat: 17:18
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər
“Qida şirkətlərinin doğuşayardım və ya uşaq müəssisəsinə hədiyyə olaraq hansısa süni qida qatışığı verməyə ixtiyarı yoxdur. Bəzi halları biz də görürük, gücümüz çatan qədər qarşısını alırıq. Amma tək əldən səs çıxmaz. Biz çalışmalıyıq ki, uşaqların hüququ pozulmasın”.
Bunu APA-ya respublikanın baş pediatrı Nəsib Quliyev bəzi doğum evlərinin süni qida məhsulları hazırlayan şirkətlərlə işbirliyi qurması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
N.Quliyev qeyd edib ki, doğum evlərində süni qida qatışığı satılması halları olmamalıdır. Baş pediatr hansısa doğum evinin, həkimlərin süni qida satan şirkətlə müqavilə bağlaması, əvəzində qidaları körpələrə verməsi haqda deyilənlərə inanmadığını bildirib: "Çox təəssüf ki, bu gün bunu özəl tibb müəssisələrində edirlər, dövlət tibb müəssisələrində belə hallar olmur. Bütün cəmiyyət bu prosesə etiraz etməli, hamının sözü eyni olmalıdır. Yalnız təkid etdikdən, əziyyət çəkdikdən sonra nəsə nəticə əldə etmək olar. Çünki qarşıda duran tərəf - qida satan adamlar, şirkətlər, təşkilatlar nə əyri işə desən əl atırlar, nə desən edirlər. Son zamanlar çalışırlar ki, bu işləri maskalanmış şəkildə etsinlər. Bazar münasibətləri qəddardır və burada çox çətinliklər var”.
Xəbəri paylaş
8808 dəfə oxunub.
Digər xəbərlər

26-06-2015, 10:17
Uşağını öldürən analar
1-01-2016, 23:34
Bakıda Yeni il yolkası yandı
1-03-2016, 12:44
Yarımfinala doğru ilk addım
13-07-2018, 18:38
Gəncə hadisələrinin xaricdən idarə edildiyi bir daha təsdiqləndi
23-05-2016, 12:28
İŞİD-ə qarşı quru hərəkatı başlayır
3-05-2016, 12:12
İlk ABŞ gəmisi 57 ildən sonra Havanada
13-11-2021, 17:54
Polis əməkdaşına xəsarət yetirən sürücü həbs edildi (FOTO)
17-10-2019, 19:53
Maykl Essyen məni görüşə dəvət edib..." - Kəmalə İsmayılovaaaa