Tarif Şurası: Bütün apteklərdə eyni qiymətlər olacaq
Tarix: 11-06-2015 | Saat: 14:21
Bölmə:M / Karusel / Səhiyyə / M2 | çapa göndər
“Sığorta sistemi inkişaf edəcək”.
“Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir. Elə dərmanlar var ki, çox bahadır. İnsanlar həmin dərmanların qiymətində enmənin şahidi olacaqlar”.
Xeberaz.az APA-ya istinadən xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.
İ.Məcidov bildirib ki, dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək:
“Bütün apteklərdə eyni qiymətlər olacaq. Bu həm də sığorta sisteminin inkişafına töhfə vermiş olacaq. Artıq 10 istinad ölkəsi təsdiq edilib. Sahibkarların fəaliyyəti baxımından bildiyiniz kimi 22 may tarixində Nazirlər Kabineti tərəfindən müvafiq qayda təsdiq olunub.
Burada həm topdançılar, həm də aptek təşkilatları üçün müəyyən marjalar nəzərdə tutulub. Həmin marjalar da beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər normaldır. Apteklər həmin marjalarla öz fəaliyyətlərini normal şəkildə təmin edə biləcəklər və qiymət baxımından apteklər arasında rəqabətə ehtiyac qalmayacaq. Bütün rəqabət keyfiyyət müstəvisinə keçmiş olacaq”.
Xəbəri paylaş
6568 dəfə oxunub.
Digər xəbərlər

17-09-2022, 13:06
Həlak olan əsgərə şəhid statusu veriləcək - YENİLƏNİB
13-04-2015, 15:31
Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı - Qərar verəcək
3-02-2020, 21:56
Maldinin oğlu "Milan"da debüt etdi
14-07-2018, 12:14
Ermənilər cəbhədə təxribat törətdi
1-03-2016, 12:13
Avtobus avtomobillə toqquşdu: ölən var
3-03-2016, 13:04
Uşaq hərəkətdə olan avtomobildən düşdü – VİDEO
4-05-2016, 22:56
Suriyada yeni atəşkəs qüvvəyə mindi: Saat 00:01-də...
7-03-2017, 13:15
Çempionlar liqasının oyunlarına harda baxaq? – TV-lərin siyahısı