Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş Beynəlxalq Bahadur oyunları keçiriləcək
Tarix: 15-12-2016 | Saat: 15:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş Beynəlxalq Bahadur oyunları keçiriləcək



Açılış Sumqayıt Olimpiya İdman Kompleksində, 24 dekabr saat 14:30-da olacaq.

Yarış Gənclər və İdman Nazirliyi və Dünya Alpaqut Federasiyası tərəfindən keşirilir. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri mərkəzi tərəfindən yarış təsdiq olunub. Yarışın baş katibi Alpaqut Turan Döyüş sənətinin müəllifi, ADFA baş katibi, Vasif Namazovdur.

Assosiasiyadan "Xəbəraz.az " verilən məlumata görə, yarış beynəlxalq status daşıyır, yarışda ölkədaxili komandalar yox, vahid Azərbaycan komandası şəklində iştirak edəcəklər. Milli komanda ölkənin Abşeron, Ağdam, Ağcəbədi, Bakı (Nərimanov,Yasamal, Binəqədi, Suraxanı, Sabunçu), Bərdə, Neftçala, Ucar, Sumqayıt, Şəmkir, Kürdəmir, Yevlax, Xaçmaz, Laçın filiallarından ibarət idmançılarından ibarət vahid bir komanda şəklində iştirak edəcəkdir.

Yarışda Azərbaycan başda olmaqla, Rusiya, Kazakstan, Türkmənistan, Gırğızıstan, Gürcüstan, İran, Özbəkitsan, Pakistan və Türkiyə komandaları iştirak edəcəklər. Yarış Türk dünyasının şairi Zəlimxan Yaqubun xatirəsinə “TURAN SAVAŞÇILARI” devizi altında keçiriləcək.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___