Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan Kuboku keçirildi-FOTOLAR
Tarix: 28-11-2016 | Saat: 18:02
Bölmə:M, K, Gündəm, İdman, Fotogalereya | çapa göndər

Alpaqut Turan döyüş sənəti  üzrə Azərbaycan Kuboku keçirildi-FOTOLAR

Türkün döyüş sənəti olan alpaqut idman növü üzrə Azərbaycan Kuboku keçirilib. Abşeron, Binəqədi, Mingəçevir, Neftçala, Ağdam, Laçın, Dərələyəz, Qaradağ, Sumqayıt, Nərimanov, Kürdəmir, Şəmkir, "İnam" klubu, "Turan" klubu, "Free Style" klubu, "Az Fight" klubu komandalarının qatıldığı yarışlar Zirvə idman kompleksində keçirilib.
"Xəbəraz.az "xəbər verir ki,kubokun açılış mərasimində çıxış edən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov komandalara uğurlar arzulayaraq, onlardan yüksək səviyyəli yarışlar gözlədiyini vurğulayıb: "Alpaqut hərb sənətidir, alpaqut döyüş mədəniyyətidir, alpaqut türkün tarixidir, alpaqut vətənpərvərlikdir. Belə bir idman növündə təmsil olunan, yarışan idmançılarımızdan kimlərin qalib olması əsas deyil. Əsas odur ki, hamılıqla dünənimizə, tariximizə, mədəniyyətimizə sahib çıxırıq. Müharibə şəraitində yaşayan bir ölkə olaraq hərb sənəti olan alpaqutu inkişaf etdirmək borcumuzdur". Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək alpaqut idman növünün qısa zamanda Azərbaycanda və dünyada uğur qazanmasının fərəhləndiririci hal olduğunu deyib: "Bu idman növünü, türkün tarixini, mədəniyyətini, hərb sənətini tanıdan, inkişaf etdirən, bütün dünyaya yayan federasiya rəhbərliyinə və idmançılarımıza təşəkkür edirəm. Alpaqut sıradan, adi bir idman növü olmadığı üçün, milli, vətənpərvər ideyaları özündə əks etdirdiyi üçün, turançılığı tərənnüm etdiyi üçün təqdirəlayiqdir, hər birimiz bu idman növünün təbliğinə öz töhfəmizi verməliyik". "Türk dünyasına xidmətlərinə görə" millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü elan olunub, federasiya prezidenti Aqil Acalov Qənirə Paşayevaya diplomu təqdim edərək, fəaliyyətlərinə görə təşəkkür edib. Sonda alpaqut idman növünün qurucusu, kutsan Vasif Namazov çıxış edərək türkün qədim döyüş sənətinin dünyada tanıdılmasından, uğurlarından söz açıb: "Cəmi bir neçə nəfərlə bu yola çıxmışdıq. Nəinki dünyada, heç öz ölkəmizdə tanınmırdıq. Amma bu gün dünyanın bir sıra ölkələrində təmsil olunuruq, Azərbaycanın əksər regionlarında tanınırıq. Bütün bunlar federasiyamızın uğurudur, türkün döyüş sənətinə olan sevginin nəticəsidir". "Vəfa" İctimai Birliyi də kuboku izləməyə gələn qonaqlar qismində təmsil olunublar. Çıxışlardan sonra yarışlar start götürüb. 8-18 yaşlar arası və 18 yaşdan yuxarı müxtəlif çəki dərəcələrində yarışan idmançılar öz güclərini sınayıblar. Caymaz sistemi üzrə Azərbaycan Kubokunun qalibləri 1-ci yerdə Qaradağ, 2-ci yerdə Ağdam, 3-cü yerdə Neftçala komandaları müəyyənləşdirilib. Batur sistemi üzrə 1-ci pillədə Abşeron, 2-ci pillədə Binəqədi, 3-cü pillədə Sumqayıt komandaları qərarlaşıb. Aypara sistemi üzrə isə Nərimanov, Ağdam, Laçın komandaları müvafiq olaraq 1,2 və 3-cü yerləri paylaşmaqla Azərbaycan Kubokunun qalibi olublar.

10628 dəfə oxunub.

Digər xəbərlər
1-01-2016, 13:56 Ən ucuz İphone gəlir

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
47-20+5=
Cavabınız:*
 
XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

19-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___