Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Ordusunun irimiqyaslı təlimində YENİLİKLƏR - FOTO
Tarix: 17-11-2016 | Saat: 18:47
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Azərbaycan Ordusunun irimiqyaslı təlimində YENİLİKLƏR - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 60 mindən artıq şəxsi heyətlə noyabrın 12-də başlamış irimiqyaslı təlimlərində bir sıra yeniliklər tətbiq olunub.

Cəbhəboyu zonadakı poliqonlarda keçirilən təlimlərdə 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb edilib.

"Azeri Defence" Müdafiə Nazirliyinin yaydığı görüntülər əsasında təlimin analizini aparıb. Təlimlərdə tətbiq edilən yeniliklər həm senari, həm də yeni texnikaların cəlbi və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi ilə bağlıdır.

HHQ-nin mobil komanda məntəqəsi

Təlimlərin başladığı ilk günlərdə Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin mobil komanda-qərargah mərkəzində olub. Ordunun istifadəsində ilk dəfə nümayiş etdirilən komanda-qərargah mərkəzi Belarusun OKB "TSP" şirkətinin istehsalı olan "Redut" unifikasiya edilmiş komanda-qərargah maşını olaraq tanınır. Maşın sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 sərgisində də nümayiş olunub. KQM döyüş əməliyyatlarına hazırlıq mərhələsində və əməliyyatların gedişatında HHM qüvvələrinin səlahiyyətli zabitlərinin kollektiv işini avtomatlaşdırmaq üçün nəzərdə tutulub. Yüksək keçicilik qabiliyyətinə sahib avtomobilin şassi platforması üzərində quraşdırılmış kuzov-konteyner formasında istehsal edilən KQM-də səlahiyyətli zabitlər üçün avtomatlaşdırılmış iş yerləri, rabitə və məlumat ötürmə aparatları, naviqasiya vasitələri və vaxt göstəricisi, eləcə də enerji təchizatı və xilasetmə sistemləri yerləşir.

KQM-nın intellektual əsasını qərarların qəbul olunmasına dəstək üzrə avtomatlaşdırılmış sistem və döyüş əməliyyatlarının planlaşdırılması və tabelikdə olan döyüş bölmələrinin hərəkətlərini taktiki idarəetmə üzrə avtomatlaşdırılmış sistem təşkil edir. KQM onun vəziyyətinin koordinatını fasiləsiz surətdə müəyyənləşdirən və naviqasiya tapşırıqlarının həllini təmin edən kompleks peyk naviqasiya sistemi ilə təchiz olunub. Aparılmış qiymətləndirmələr hərbi qoşunların idarə olunması prosesində "Redut" KQM-dan istifadə edilməsi nəticəsində tabelikdə olan HHM döyüş bölmələrinin döyüş əməliyyatlarının gözlənilən effektliliyini 13-14% artmasını təmin edir, onların öz döyüş imkanlarını reallaşdırma dərəcəsi isə 20-25% artır.

İMR-3 maşını mühəndis maeələrini dağıdır

Əvvəlki təlimlərlə müqayisədə bu təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin artilleriya və mühəndis-istehkam bölmələrinin aktiv iştirakı diqqəti cəlb edib. Müdafiə Nazirliyinin yayımladığı video görüntülərdə təlimlərə Rusiyadan alınmış və qoşunların silahlanmasına yeni daxil olan 2S19 "Msta-S" özüyeriyən haubitsaların bir neçə batareyasının cəlb olunduğu əksini tapıb. Bu günədək yalnız Raket-Artilleriya Qoşunlarının təlimində istifadə olunmuş "Msta-S" haubitsalarının effektiv atış mənzili 30 kilometrin üzərindədir və idarə olunan mərmilərlə də atəş aça bilir.

Digər artileriya vasitələrindən təlimdə İsrailin "İMİ Systems" şirkətinin istehsalı olan "LYNX Qrad" reaktiv sistemləri görünür. Çapı 122 mm, mənzili 40 km olan bu sistemlər Azərbaycan Ordusu tərəfindən aprel döyüşlərində də istifadə edilib.

LYNX Qrad sistemləri atəş zamanı

Təlimin video və fotolarında həm döyüş, həm də nəqliyyat helikopterlərindən idarə olunan raketlərlə şərti düşmən hədəflərinə atışlar həyata keçirildiyi məlum olur. Paralel olaraq Müdafiə Nazirliyinin əvvəlki təlimlərdə olduğu kimi, bu təlimlərdə də pilotsuz ucuş aparatlarından (PUA) həm artilleriya korrektəsində, həm də döyüş meydanının real vaxt rejimində izlənilməsində istifadə edib.

Azərbaycan Ordusunun istifadəsinə yeni daxil olmuş texnikalardan təlimlərin gedişində BMP-3 piyada döyüş maşınlarının da geniş istifadə olunduğu bəlli olub. Qeyd edək ki, Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul olunan BMP-3 döyüş maşınları aprel döyüşlərində bəzi istiqamətlərdə istifadə edilib.

BMP-3 piyada döyüş maşını

Təlimdə diqqəti cəlb edən əsas maraqlı məqamlardan biri də mühəndis-istehkam bölmələrinin fəaliyyəti olub. Müdafiə Nazirliyinin yayımladığı videoda minalı sahələrdən partlatma üsulu ilə keçidlərin açılması imitasiya olunub. İMR-3M mühəndis istehkam maşınlarından istifadə edilməklə düşmənin mühəndis istehkam manelərinin dağıdılması həyata keçirilib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin invertarına bir neçə il əvvəl daxil olmuş İMR-3M mühəndis istehkam maşınları aprel döyüşləri zamanı istifadə edilib.

Təlimə cəlb olunan heyətin təchizatına yönəlmiş tədbirlər

Təlimin digər maraqlı mövzusu düşmənin dərinliyinə hava desantının çıxarılması hesab oluna bilər.

Müdafiə Nazirliyinin təlimə qədər və təlimlər müddətində yaydığı görüntülərdə qüvvələrin çıxış rayonlarına dislokasiyası, loqistika, əsgərlərin səhra şəraitində yaşayışı kimi məsələlərə xüsusi diqqət ayrıldığı müşahidə olunur.

Azərbaycan Ordusunun irimiqyaslı təlimində YENİLİKLƏR - FOTO


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___