Bakıda çörəkbişirmə sexində yoldaşını öldürən goranboylu gəncin məhkəməsi başladı
Tarix: 28-05-2015 | Saat: 22:26
Bölmə:M / Karusel / Hadisə / M2 / Fotogalereya | çapa göndər
Abdullayev ona 3 bıçaq zərbəsi vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Goranboy rayon sakini Orxan Abdullayevin CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Xeberaz.az Oxu.Az-a xəbər verir ki, ötən il oktyabrın 28-də Xətai rayon ərazisindən 3 saylı kliniki xəstəxanaya kəsilmiş-deşilmiş xəsarətlərlə Bakı ş. sakinləri Elşad Kərimov (1989-cu il təv.), Ömər Cəbrayılzadə (1991-ci il təv.) və Anar Süleymanov (1990-cı il təv.) çatdırılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq E.Kərimov dünyasını dəyişib. Həmin gün daxil olan məlumat əsasında Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Orxan Abdullayevi saxlayaraq, istintaqa təqdim ediblər.
İstintaqla müəyyən edilib ki, Məhsəti küçəsində fəaliyyət göstərən çörəkbişirmə sexinin qarşısında, oranın işçisi Orxan Abdullayev əvvəl Elşad Kərimovu, sonra isə onları aralamaq istəyən sexin müdiri Anar Süleymanovu və sürücü Ömər Cəbrayılzadəni bıçaqlayıb. Dindirmə zamanı Orxan Abdullayev bildirib ki, cinayəti aralarında etdikləri zarafat üstündə yaranan mübahisə zamanı törədib.
Belə ki, o, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib, buna görə onlar bir neçə nəfərlə işlədikləri obyektin qarşısına çıxıblar. Elşad Kərimov qışqırmağa başladıqda Orxan üstündə gəzdirdiyi bıçaqla Elşadın qarın nahiyəsinə 1 zərbə endirib, sonuncu müqavimət göstərdikdə isə Abdullayev ona 3 bıçaq zərbəsi vurub. Digər yoldaşları onu tutub arxaya çəkdikdə bıçaq əlindən yerə düşüb, amma buna baxmayaraq sakitləşməyən Orxan kəsici aləti yerdən götürərək Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla xəsarətlər yetirib.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 2-ə təyin olunub.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

29-05-2015, 02:19
İradə İbrahimova ikinci dəfə ana olmağa hazırlaşır
7-07-2018, 14:06
Elmar Vəliyevin səhhəti ilə bağlı SON XƏBƏR
16-05-2017, 12:48
Milli Məclisin iclası başlayıb
1-02-2016, 15:33
Banklar cəmi 16 milyon dollar aldılar
25-02-2019, 18:21
İlhamə Quliyevanın anım günüdür
3-11-2017, 14:13
"Dedi özün istəmirsənsə, get ananı, bacını gətir" - ŞOK İFADƏ
3-06-2016, 16:11
DİN-dən çörək oğurlayan uşaqla bağlı - Açıqlama
30-09-2019, 15:46
İlham Əliyev icra başçısını vəzifəsindən AZAD ETDİ
7-08-2015, 16:19
Çempionlar Liqasının püşkü atıldı - Pley-off