Rusiya Azərbaycanda dərman istehsal edəcək
Tarix: 24-05-2015 | Saat: 20:21
Bölmə:M / Gündəm / M2 | çapa göndər
Rusiyanın əczaçılıq şirkətləri Azərbaycana dərman ixracını genişləndirəcəklər. Xeberaz.az Trendin məlumatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev məlumat verib.
Eldar Tlyabiçevin sözlərinə görə, Rusiyanın əczaçılıq şirkətlərinin təmsilçiləri artıq Bakıda da olub və Azərbaycan Səhiyyə Nazirliyinin, həmçinin yerli şirkətlərin nümayəndələri ilə görüşlər keçiriblər.
“Rusiyada istehsal olunmuş dərman preparatlarının ən geniş çeşiddə Azərbaycana ixracı barədə razılıq əldə olunub”, - deyə Eldar Tlyabiçev bildirib.
O əlavə edib ki, Rusiya Azərbaycanda dərman istehsalına başlamaqda da maraqlıdır: “Lakin bu ideya Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana gözlənilən səfəri zamanı daha ətraflı şəkildə müzakirə olunacaq. Bu haqda yalnız bundan sonra konkret danışmaq olar. Nazirin səfərinin vaxtı hələ dəqiqləşdirilməyib. Amma Manturov Azərbaycana yaxın vaxtlarda gələcək. Səfər zamanı Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında müvafiq anlaşmanın imzalanacağı gözlənilir”
Xəbəri paylaş
5928 dəfə oxunub.
Digər xəbərlər

29-10-2021, 16:34
Şənbə günü yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq - PROQNOZ
28-06-2016, 16:02
Bakıda qəbiristanlıq yanır
12-07-2020, 20:46
Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... - Foto
12-03-2015, 14:29
Qadınları fahişəliyə cəlb edən şəxs saxlanıldı Qusarda
2-03-2022, 07:10
Qərb artıq açıq mesajlar verir ki, hədəf konkret olaraq Putindir və Rusiyaya yeni hakimiyyət lazımdır.
2-12-2015, 14:25
Krediti bağlamaq üçün kredit götürmək?
13-08-2021, 17:00
Səxavət Nur həmcinsilə evləndi - FOTOLAR
16-11-2018, 10:46
Cinsi azlıq nümayəndəsi olan atasını yandıran oğulla bağlı - QƏRAR