“Azərbaycan xalqına möhkəm sülh, azadlıq və rifah dolu gələcək arzulayıram”.
Tarix: 15-05-2015 | Saat: 16:58
Bölmə:M / Karusel / Siyasət / M2 / Fotogalereya | çapa göndər
Alman prezidenti İlham Əliyevi təbrik etdi
Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Respublika günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xeberaz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ölkələrimiz arasında ənənəvi sıx və etibarlı əlaqələr son aylarda, xüsusilə Sizin Almaniyaya sonuncu səfərinizdən sonra daha da güclənmişdir. Mən Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə tərəfdaşlığını genişləndirməyə hazır olduğunu alqışlayıram. “Cənub” qaz dəhlizinin genişləndirilməsində ölkənizin öz üzərinə götürdüyü əsas rol bu tərəfdaşlığın əyani təsdiqidir.
Bir neçə həftədən sonra Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edərək diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar mən Sizin ölkədaxili islahatları davam etdirməklə Avropa dəyərlərini yüksək qiymətləndirməyinizi alqışlayıram. Almaniya bu yolda Azərbaycanı etibarlı tərəfdaş kimi hər zaman dəstəkləyib və dəstəkləyəcəkdir. Bu istiqamətdə açıq dialoqun davam etdirilməsi böyük əhəmiyyətə malikdir.
Sizə, ailənizə və Azərbaycan xalqına möhkəm sülh, azadlıq və rifah dolu gələcək arzulayıram”.
Xəbəri paylaş
5618 dəfə oxunub.
Digər xəbərlər

15-03-2015, 12:02
Balıq dünyada ilk dəfə belə tutuldu – Video
7-04-2018, 10:42
80 yaşlı kişi siçan dərmanı içərək intihar etdi
20-06-2015, 16:21
Ermənilər yiyəsiz qalıb?
14-04-2016, 13:07
İstanbul sammiti başladı
8-03-2016, 11:29
Günün ulduz falı: xoş xəbərlər eşidəcəksiniz
15-02-2021, 17:48
Vasif Məhərrəmliyə AĞIR İTKİ
22-01-2016, 14:13
İlham Əliyev Davosda bu zarafatı ilə hər kəsi güldürdü (VİDEO)
23-06-2022, 11:30
"Yüksək maaşım var, ancaq gilas ala bilmirəm" - Deputatdan AÇIQLAMA
20-02-2018, 13:35
Prezidentin sərəncamı - minlərlə şəhid ailəsini sevindirəcək