Dənizkənarı Milli Parkda.İlk Avropa Oyunlarının rəsmi mağazasının açılışı olub - FOTO
Tarix: 11-05-2015 | Saat: 17:37
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər
Mayın 11-də Dənizkənarı Milli Parkda “Bakı-2015”in dəstəkçisi və məhsulların tədarükçüsü “Bazarstore”un dəstəyi ilə ilk Avropa Oyunlarının rəsmi mağazasının açılış mərasimi olub.
Xeberaz.az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi məhsullarının satışa çıxarılmasından məmnunluğunu bildirib. İki həftə əvvəl ilk Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırıldığını bildirən Saymon Kleq hazırda məşəlin Azərbaycanın bölgələrini dolaşdığını və vətəndaşların bu möhtəşəm idman tədbirində fəal iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, “Bazarstore” mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar Azərbaycanda, eləcə də bütün Avropada yaşanacaq bu idman həyəcanını hər bir kəsin hiss etməsinə imkan yaradacaq.
Satışa çıxarılan məhsulların üzərində ilk Avropa Oyunlarının brendinin həkk olunduğunu bildirən Saymon Kleq mağazaların “Bakı-2015”in azarkeşlərinə böyük hədiyyə olduğunu diqqətə çatdırıb.
“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək şöbəsinin müdiri Afiq Səfərov deyib: “Bazarstore” komandası olaraq “Bakı-2015”in uğuru üçün həm bir təşkilat, həm də Azərbaycan vətəndaşı kimi, əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Məhsulların dizaynı xüsusi olaraq, “Bakı-2015” üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqram ilə təmin olunub. Satışa çıxarılan məhsulları “Bazarstore” mağazalar şəbəkəsindən, paytaxtdakı 3 ticarət mərkəzindən, Atletlər və Media kəndlərindən əldə etmək mümkündür”.
Sonra Saymon Kleq və Afiq Səfərov mağazanın rəmzi açılışını bildirən lenti kəsiblər.
“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin, “Alovqoruyan”ların qatıldıqları açılış mərasimi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Xəbəri paylaş
8438 dəfə oxunub.
Digər xəbərlər

12-02-2019, 09:56
Azərbaycanda daha iki bank bağlanır
10-10-2020, 20:42
Azərbaycan yığması Monteneqroya uduzdu
13-04-2018, 21:58
Lənkəranda qadın ərinin sevgilisi tərəfindən öldürülüb
26-01-2023, 13:02
Sabah hava necə olacaq?
5-01-2020, 11:38
Bakıda təcili yardım maşını qatarla toqquşdu - Sürücünün ayağı amputasiya olundu - FOTO
16-03-2022, 09:11
"Qadın nə qədər qapalı geyinirsə, bir o qədər cazibədar görünür"
6-08-2020, 20:18
Ağıllı maska istehsal olundu: 8 dildə... (VİDEO)
9-06-2015, 13:40
Yeni kondisionerli qatarlar tam olaraq istifadəyə verildi - FOTO
7-06-2019, 19:11
Zəhranı oğurladığı deyilən qadın həbs edildi - RƏSMİ AÇIQLAMA