Türkiyə ordusu bu ölkəyə girir - Təcili
Tarix: 17-05-2016 | Saat: 12:45
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Türkiyə hökuməti PKK terror təşkilatının Suriyanın şimalındakı mövqelərini dağıtmaq üçün strategiyasını açıqlayıb.
Hökumət Suriyanın şimalında Azez–Cerablus xəttinin təmizlənməsi üçün hazırlıqlarını tamamlayıb.
Bölgədə təşkil olunacaq genişmiqyaslı əməliyyatlarla bölgənin PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizlənməsi nəzərdə tutulur. Bundan sonra bölgə yenidən inşa olunaraq vətəndaşların ixtiyarına veriləcək.
Bu çərçivədə təşkil ediləcək genişmiqyaslı əməliyyatların 4 mərhələdən ibarət olacağı bildirilir: Əvvəlcə, bölgəyə havadan aviasiya zərbələri endirilərək terror təşkilatlarına aid sığınacaq və sursat anbarları məhv ediləcək. Daha sonra quru qoşunlarının əməliyyatlarına start verilərək bölgə terrorçulardan təmizlənəcək.
İkinci mərhələdə isə PYD terror təşkilatı tərəfindən bölgənin etnik quruluşunu dəyişdirmək üçün başqa bölgələrə sürgün olunan ərəblərin, kürdlərin, yezidlərin evlərinə qayıtması təmin olunacaq.
Üçüncü mərhələdə qaçqınlar üçün yaşayış məntəqələri qurulacaq. Dördüncü və sonuncu mərhələdə isə terrorçulardan alınaraq vətəndaşlara qaytarılacaq bölgədən Türkiyəyə qarşı hücumların qarşısını almaq üçün tədbirlər həyata keçiriləcək.
Xəbəri paylaş
6918 dəfə oxunub.
Digər xəbərlər

27-02-2023, 13:07
Şamaxıda 14 yaşlı qıza təcavüz edildi - Qurumlar hərəkətə keçdilər
23-11-2017, 12:37
Əgər qulaq çöpünün üzərində sarı rəngli maye görürsünüzsə...
4-11-2021, 10:13
“Ekspressbank”ın işi-gücü... MƏRAMI NƏDİR? - NARAZILIQ!
26-04-2018, 10:33
Azərbaycandakı vulkanların palçığında qızıl tapılıb
28-09-2015, 01:39
İŞİD-ə qarşı bütün qüvvələri cəlb etməyə ehtiyac var
29-04-2022, 10:19
"Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb - RƏSMİ
15-12-2016, 11:39
ABŞ İrana sanksiyaları 10 il uzatdı
2-06-2016, 16:57
Festivala qatılan müğənniyə özəl hədiyyə verildi - fotolar