Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sarkisyandan Qarabağla bağlı şərtlər - Xüsusi toplantı
Tarix: 28-04-2016 | Saat: 23:59
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Sarkisyandan Qarabağla bağlı şərtlər - Xüsusi toplantı
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münagişəsinə dair danışıqların bərba olunması üçün şərtlər irəli sürüb.

"Xəbəraz.az " ANSpress-ə istinadən xəbər verir ki, bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.

Şarmazanov sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:

- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;

- Ünvanlı bəyanatlar;

- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.

Serj Sarkisyan münaqişəyə dair sülh danışıqlarının bərpa edilməsi üçün irəli sürən şərtlərini şərh edən sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan prezidentinin bu açıqlaması siyasi oyunun bir hissəsidir. “İnanmıram ki, bu Sarkisyanın öz ağlının bəhrəsidir. Ona kənardan qəyyumları diktə edir. Onun dediklərinin hamısı hakimiyyətdə qalmaq üçün işlətdiyi fintlərdir”.

Politoloqun sözlərinə görə, Sarkisyan indi artıq ona inanmayan və hakimiyyətdə görmək istəməyən erməni xalqı qarşısında onun mənafeyini qoruyan bir şəkildə görünmək istəyir.

Açar sözlər: Dağlıq Qarabağ - Sarkisyan


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___