Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc yazarlar bir araya gəldi - Fotolar
Tarix: 19-04-2016 | Saat: 12:54
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Gənc yazarlar bir araya gəldi - Fotolar

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” adlı ədəbi bədii layihənin növbəti tədbiri keçirilib.

sayca 7- ci olan “Söz” ədəbi layihəsinin bu dəfəki tədbiri Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsinə həsr edilib.

Tədbirdə gənc yazarlar- Emin Piri, Aysel Fikrət, Ələmdar Cabbarlı, Alik Əlioğlu, Rabige Nazim qızı, Fərid Hüseyn, Saleh Səbat vətənpərvərlik mövzusunda şeirləri səsləndirib.

Gecədə şeirlərlə yanaşı Savalan qrupunun təqdimatında vətənpərvərlik mövzusunda musiqilər də səsləndirilib.

Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilib.

Layihənin rəhbəri Nigar Həsənzadədir.
Gənc yazarlar bir araya gəldi - Fotolar
Gənc yazarlar bir araya gəldi - Fotolar


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___