İlham Əliyev: Əməliyyatları dayandırırıq, amma bir şərtlə...
Tarix: 05-04-2016 | Saat: 16:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün döyüşlərdə qəhrəmancasına döyüşmüş hərbçilərlə, yaralı uşaqlarımızla görüşdüm, onları təbrik elədim, bir vətəndaş, Ali Baş Komandan, Prezident kimi onlara Azərbaycan xalqı dövləti altından təşəkkür Biz onlarla fəxr edirik.
Bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşü zamanı deyib.
Dövlət başçısı yaralı hərbçilərimizin mərdliyinə diqqəti cəlb edib: "Onlar yaralı vəziyyətdə uzanıblar, yenə də deyirlər ki, burdan çıxaq gedək döyüş bölgələrinə. Bu Azərbaycan xalqının ucalığıdır. Bu göstərir ki, nə qədər bizim xalqımız dəyərlidir, mətindir, vətənpərvərdir.
Uşaqlar müstəqillik dövründə formalaşıblar, müstəqil Azərbaycan bayrağı altında böyüyüblər. Onlarda milli qürur, milli ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, gənclərimiz vətənpərvər, vətənə bağlı olmalıdırlar”, - deyə, Ali Baş Komandan qeyd edib.
"OTURDUQLARI YERLƏRDƏN TƏRPƏNMƏSİNLƏR"
Xalqa müraciət edən Prezident bildirib ki, ölkəmizin ərazi bütövlüyü hər bir vətəndaşımızın müqəddəs borcudur:
"Ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Əgər bu gün Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar məsələsi arxasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün əsaslar var.
Biz bunu istəyirik. Azərbaycan bu gün də bəyan edir ki, birətrəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə: qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduqları yerlərdən tərpənməsinlər”.
Marja.az
Xəbəri paylaş
9308 dəfə oxunub.
Digər xəbərlər

15-12-2016, 10:55
Nobel laureatı vəfat etdi
10-08-2020, 18:09
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
31-01-2019, 16:37
Oğuzda ata intihar etdi: Qızı bacısının ərindən hamilə imiş?
11-06-2018, 14:22
Elektroşokla təcavüz skandalı - cinsi istismar dəhşəti
11-04-2016, 12:28
Erməni nazir generalları danladı
29-07-2015, 16:48
Əlləri və ayaqları kəsilən yazıq qadın - FOTOLAR
20-09-2016, 23:22
DƏHŞƏT! Qız sevgilisinin cinsiyyət orqanına 12 mismar sancdı - FOTO
14-02-2023, 14:42
Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
15-06-2022, 11:31
Azərbaycanlı aparıcılardan Röya Ayxana 9000 AZN-lik hədiyyə - VİDEO