Daha bir səlahiyyət Nəqliyyat Nazirliyindən alınıb - DİN-ə verildi
Tarix: 06-03-2016 | Saat: 17:27
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, indiyədək avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilirdi.
Dəyişikliklə, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində həyata keçiriləcək.
Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edəcək.
Bundan başqa, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda da dəyişiklik edilib.
Belə ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət də Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Xəbəri paylaş
6938 dəfə oxunub.
Digər xəbərlər

10-11-2023, 18:42
Bu ərazilərə qar yağdı - Faktiki hava
19-05-2017, 18:53
11 aylıq körpənin dəhşətli ölümünün - Təfərrüatı
6-05-2016, 18:24
Fondun Çin nümayəndəliyi yaradıldı
17-07-2023, 11:04
Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA
5-06-2023, 14:51
Yağış yağacaq, külək güclənəcək - PROQNOZ
28-02-2017, 17:09
Bakıda gənc oğlanları tələyə salan qızlar tutuldu - FOTO
11-08-2017, 22:52
Azərbaycanda bəxt açan eşşək: ŞOK QİYMƏTƏ - VİDEO
24-05-2017, 17:47
Evlilik verilişində ƏLBƏYAXA DAVA - GÖRÜNTÜLƏR İLK DƏFƏ YAYILDI