Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir sakinləri incidən məmuru işdən çıxardı
Tarix: 05-03-2016 | Saat: 22:53
Bölmə:M / Karusel / Gündəm / Texnologiya | çapa göndər

Nazir sakinləri incidən məmuru işdən çıxardı
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabadda rayon poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı Salamulla Sultanovu vəzifəsindən azad edib.

ANS-ə verilən məlumata görə, əməliyyatçının işdən azad olunmasına səbəb vətəndaşlara poçt vasitəsilə ödənilməli olan pulun qanunsuz olaraq gecikdirilməsi olub.

Hadisə nazirin Sabirabad rayonuna səfəri zamanı baş verib. Ramin Quluzadənin tapşırığı ilə vətəndaşlara olan ödənişlər dərhal ödənilib. Əməliyyatçı Salamulla Sultanov isə işdən azad olunub.

Salamulla Sultanov açıqlamasında vəzifəsindən azad olunduğunu təsdiqləyib. Lakin o, öz ərizəsi ilə vəzifəsindən getdiyini deyib. "58 yaşım var. 20 ilə yaxındır, bu vəzifədə çalışırdım. Şəkərim olduğu üçün tez-tez səhhətim pisləşirdi. Ona görə də ötən gün nazirlə görüş zamanı ərizəmi verdim və işdən azad olunmağımı xahiş etdim", - deyə Salamulla Sultanov bildirib.

Sabiq əməliyyatçı bildirib ki, onun barəsində mətbuatda yazılanlar isə həqiqətə uyğun deyil. "Əgər vəzifəmin icrasında problem olsaydı, məni ərizəmlə işdən azad etməzdilər. Barəmdə başqa tədbirlər görərdilər. Amma mən öz ərizəmlə vəzifəmdən azad olmuşam. İşimin icrasında problem olmayıb", - deyə sabiq poçt işçisi bildirdi.


Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___