Şəhər Prokurorluğu İlhamənin ölümüylə bağlı araşdırma aparır-RƏSMİ
Tarix: 28-02-2016 | Saat: 20:19
Bölmə:M / Karusel / Şou-Biznes | çapa göndər
Fevralın 25-də saat 12:30 radələrində İlhamə Quliyevanın yaşadığı ünvanda vəfat etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmişlər. Baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Bu məlumatı JAM.AZ-a Bakı Şəhər Prokurorluğundan veriblər.
Məlumatda deyilir ki, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, 8 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım briqadası çağırış əsasında həmin gün saat 11:25-də İ.Quliyevanın yaşadığı ünvana gəlmiş və tibbi müayinə zamanı ölüm faktını qeydə almışdır. Mərhumənin oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə göndərilmişdir.
Birliyin Yasamal rayon şöbəsi tərəfindən aparılmış ilkin müayinələrlə müəyyən edilmişdir ki, ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olmuşdur.
Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
6858 dəfə oxunub.
Digər xəbərlər

17-09-2015, 22:26
İlham Zəkiyev Həcc ziyarətində - FOTO
25-12-2015, 16:28
2 "VAZ" toqquşdu, 2 yaralı
3-04-2016, 18:53
Mir Şahin: 24 ildir bu günü gözləyirdik - Video
7-03-2019, 20:20
Azərbaycanın iki hərbçisi qar uçqununa düşüb
7-03-2020, 14:50
İranda qadın deputat koronavirusdan öldü
1-01-2017, 02:00
Astroloji proqnoz - 1 yanvar
19-08-2018, 19:33
Bakıda parkda qızla oğlandan gözlənilməz addım
5-05-2017, 11:22
Qanamanı 10 saniyədə dayandıran ÜSUL
8-02-2016, 16:49
Azərbaycanda siqaretin ucuzlaşmasının səbəbi açıqlandı