Mərkəzi Bankdan manatı dirçəltmək cəhdi: uçot dərəcəsi artırıldı
Tarix: 15-02-2016 | Saat: 11:28
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan Mərkəzi Bankı (AMB) makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunmasına yönəldilmiş tədbirləri davam etdirir. Bu məqsədlə elan edilən yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqi və bununla valyuta bazarında vəziyyətin stabilləşməsinə nail olmaq istiqamətində zəruri tədbirlər görülür.
Xəbəraz.az Bu barədə Musavat.com-a AMB-dən məlumat verilib.
Məlumatda bildirilir ki, AMB tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər: "Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşayiət olunmaqdadır. Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5% (əvvəl 3%), likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib. Bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib. Mərkəzi Bank bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcək".
Xəbəri paylaş
5358 dəfə oxunub.
Digər xəbərlər

5-05-2017, 12:01
Bu gündən rayonlardan Bakıya gələn avtomobillərə qadağa qoyuldu
16-09-2022, 10:47
Şəhid Səbuhinin qardaşının müraciəti yayıldı - VİDEO
30-04-2015, 12:31
İntihara səbəb özü deyilmiş-Qaynatası biçaqlayib
27-12-2018, 14:23
“Gördüm qulağım qandır” - Ermənilər Ağdamda yaşlı qadını hədəf aldı
7-05-2019, 10:36
Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?
31-01-2016, 11:32
Məhəmməd Əmin Rəsulzadə - 132 İL VİDEO
3-07-2015, 17:28
Leyla və Arif Yunusların məhkəməsinin vaxtı məlum oldu
14-08-2016, 10:33
Azərbaycanda zəlzələ baş verib
9-11-2015, 22:50
"Ağ canavar" ermənini udaraq dünya çempionu oldu - VİDEO
23-01-2017, 15:54
Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxıldı: biri öldü