Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev: "Biz Ermənistanı buna görə qınayırıq"
Tarix: 14-02-2016 | Saat: 01:21
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev: "Biz Ermənistanı buna görə qınayırıq"

Biz Ermənistanı işğala görə qınayırıq.

Xəbəraz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Ermənistanın Xarici İşlər Nazirliyinin əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında Prezident İlham Əliyev dedi ki, bu fikirlər tam yanlışdır. Əslində Ermənistan qeyd olunan məsələlərlə bağlı Azərbaycan tərəfindən deyil, Avropa Şurası və Avropa Parlamenti tərəfindən günahlandırılır. “Biz Ermənistanı işğala görə qınayırıq”, - deyən dövlətimizin başçısı bununla bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul olunduğunu, Ermənistanın artıq 10-dan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını həyata keçirdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev bildirdi ki, Avropa Şurasının Sərsəng Su Anbarı ilə bağlı qəbul etdiyi qətnamə Ermənistanın üzərinə öhdəlik qoyub ki, onlar daha məsuliyyətli olsunlar. Dövlətimizin başçısı bir daha vurğuladı ki, işğala son qoyulmalıdır. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda hər şey məhv edilib. Ermənistan isə status-kvonun saxlanmasına çalışır.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___