Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Vahid Ələkbərov İranla razılığa gəldi
Tarix: 31-01-2016 | Saat: 01:04
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

“Vahid Ələkbərov İranla razılığa gəldi
"LUKoyl" neft şirkətinin rəhbəri Vahid Ələkbərov ötən həftə İranda səfərdə olub və şirkətin bu ölkədə bir neçə hasilat layihələrində iştirakı barədə razılığa gəlib.

Xəbəraz.az ans press-ə istinadən məlumatına görə, İran və "LUKoyl" arasında yeni qaz yataqlarının axtarışlarına 6 milyon dollar yatırım etmək haqqında razılıq əldə edilib. Lakin bu məbləğ haqqında səslənən fikirlər, hələ ki, şirkətin rəhbərliyi tərəfindən öz təsdiqini tapmayıb.

Bu barədə jurnalistlərə məlumat verən, Rusiya Federasiyası energetika nazirinin müavini Anatoli Yanovski "LUKoyl"un İran ilə neft satışı, eləcə də mübadilə əməliyyatlarının müzakirə edildiyini də istisna etməyib:

”Mənim xəbərim var ki, Vahid Ələkbərov ötən həftə İranda səfərdə olub. Neft satışı üzrə məsələlər, mübadilə əməliyyatları da müzakirə edilib. Çünki "LUKoyl"un Xəzərdə və Volqada Xəzərə çıxış olan neft emalı zavodları var, ona görə də, çox güman ki, mübadilə əməliyyatları da müzakirə mövzusu olub. Yəni Rusiya nefti İrana və şimala çıxarıla bilər. İran isə bunun qarşılığında İran körfəzində "LUKoyl"a və digərlərinə müvafiq neft həcmi verə bilər".


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___