Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vüqar Bayramov "Qaçqınkom"u ləğv etməyə çağırdı
Tarix: 17-01-2016 | Saat: 01:45
Bölmə:M / Karusel / İqtisadiyyat / Reportaj | çapa göndər

Vüqar Bayramov "Qaçqınkom"u ləğv etməyə çağırdı
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət ediləcək. Bu isə o deməkdir ki, məcburi köçkünlərə verilən pullar kəsilə bilər.

Bununla bağlı iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə post paylaşıb.

Ölkə.Az həmin postu sizə təqdim edir:

"Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Belə görsənir ki, 4 illik qənaət rejimi sosial statusu heç də yaxşı olmayan məcburi köçkünlərin vəziyyətinə neqativ təsir edə bilər. Öz ev-eşiyini itirmiş məcburi köçkünlərin aldığı istənilən yardımın nəinki ləğvi, hətta azaldılması belə heç bir halda bu gün müzakirə mövzusu olmamalıdır. Qənaət sosial yardımların ixtisarı kimi başa düşülməməlidir. Qənaət struktur islahatları hesabına büdcədən ayrılan vəsaitlərin optimallaşdırılması hədəflənməlidir. Komitə 40 milyon manat qənaət ilə bağlı təkliflər hazırlayıb. Halbuki, yalnız bir lazımsız və iqtisadiyyatın inkişafına maneə olan dövlət qurumun ləğv edilməsi ildə bundan ən azı 4 dəfə çox qənaətə imkan yarada bilər. Azərbaycanda fəaliyyət göstərən 43 fərqli dövlət qurumlarının sayının ən azı 2 dəfə azaldılması mümkündür. Regional inkişafa heç də xeyir gətirməyən rayonların birləşdirilməsi yolu ilə saylarının azaldılması da qənaətə imkan verə bilər. Bunlar həm dövlət vəsaitlərinə qənaət və həm də çevik idarəetmə sistemi əldə etmək imkanı demək olacaq. Əksər sektorlarda bir-birini təkrarlayan qurumlar var. Onların inzibati binası, xidməti avtomobilləri və digər heç də lazımlı olmayan xərcləri var. Qənaət məhz bu qurumların ləğvindən başlamalıdır, məcburi köçkünlərin pullarının kəsilməsindən yox".


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___