Prezident: Neftdən asılılığı minimum səviyyəyə endirməliyik
Tarix: 10-01-2016 | Saat: 20:26
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
“Düşünülmüş siyasət, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik”.
2016-cı ildə qeyri-neft sektorunun inkişafı prioritet olacaq, neftdən asılılığın minimuma endirilməsi üçün tədbirlər görüləcək.
Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq:
“Əminəm ki, bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır, ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Qarşıya qoyulan vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik.
Biz bu il Azərbaycana xarici investisiyaları daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, xarici sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə, xüsusi ilə qeyri-neft sektoruna cəlb edək, O sahələrə cəlb edək ki, o sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.
Prezident İlham Əliyev Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transfertlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsinin gücləndirilməsi və idxal-ixrac əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib: “Bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınması əhəmiyyətlidir”.
Dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında iştirakının genişləndirilməsi barədə də fikirlərini çatdırıb.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

21-07-2015, 12:02
Beren Saata böyük - ŞOK!
14-11-2019, 02:47
ŞƏHİD AİLƏLƏRİ VƏ SAHİBKARLARIN TƏRTƏR İCRA HAKİMİYYƏTİNƏ YÜRÜŞÜ – RAYONU ETİRAZ DALĞASI BÜRÜYÜR? (VİDEO)
29-06-2017, 11:28
Natiq Əliyevi kim əvəz edir?
15-03-2022, 11:56
"Tarix boyu bu xristianlar daim biz müsəlmanları qırıblar"
10-09-2021, 12:17
Anasını döydüyü üçün atasını bıçaqladı
18-10-2020, 13:09
“Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!” - Mehriban Əliyeva
27-10-2016, 10:45
Azərbaycanlı müğənni həbs edildi - 35 kq narkotiklə
25-11-2022, 13:29
Bakıda gənc qız kirayə qaldığı evdə zorlandı
6-12-2022, 11:42
Atası azyaşlı uşağa spirtli içki içirdib TELEFONA ÇƏKDİRDİ - VİDEO
17-09-2015, 19:34
Namizədlərin sayı 743-ə çatdı