Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı
Tarix: 04-01-2016 | Saat: 22:19
Bölmə:M / Karusel / Dünya | çapa göndər
ABŞ-ın Səudiyyə Ərəbistanının edam etdiyi şiə din alimi Şeyx Nimr ilə 2008-ci ildə görüşdüyü üzə çıxıb.
Xeberaz.az Axar.az-a istinadən xəbər verir ki, bu, “Vikiliks”in əldə etdiyi sənədlərdə yer alıb. Lakin sənədlərdə Nimr ilə görüşən adamın adı qeyd edilməyib. ABŞ rəsmisi ilə görüş zamanı Şeyx Nimr iranyönlü biri olduğunu rədd edib və xaricdən gələcək istənilən yardımları qəbul edəcəyini bildirib.
Bundan əlavə, şiə alimi Səudiyyə Ərəbistanı hökumətinin yalnız xalqın reaksiyası ilə dəyişə biləcəyini deyib. O, şiələrin ABŞ-a sünnilərdən daha yaxşı müttəfiqi ola biləcəyini, rəsmi Vaşinqton kimi ədalət və azadlıq anlayışlarına inandığını söyləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrinin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.
Xəbəri paylaş
8608 dəfə oxunub.
Digər xəbərlər

24-02-2021, 07:22
Məgər talış olmaq ayıb əməldir?
29-08-2015, 15:34
Sərxan qalmaqallı fotoya aydınlıq gətirdi
2-11-2016, 09:32
Ermənilər xalq şairimizə səngərdə nə demişdi?
18-11-2016, 16:51
DİQQƏT: WhatsApp-da görüntülü danışıqla bağlı FIRILDAQ
7-08-2015, 23:50
"Ərim məni belə görəndə huşunu itirdi..." - VİDEO
20-01-2019, 10:48
Prezident və birinci xanım şəhidləri yad etdilər
28-06-2023, 10:22
Vətən mübaribəsi iştirakçısı faciəvi şəkildə VƏFAT ETDİ - FOTO
7-05-2015, 13:38
Yavaş-yavaş Dollar ucuzlaşır
29-05-2022, 11:15
Kişi 30 il arvadının xəyanət etməsi şübhəsi ilə yaşayıb, sonda isə... - Bakıda şok