İnternetin qiyməti artacaqmı?
Tarix: 25-12-2015 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanın əsas provayderləri "Delta Telecom" və "Azertelecom" internet xidmətləri üzrə tarifləri artırmaq məsələsini nəzərdən keçirmirlər.
Bu barədə Trend-ə Delta Telecom-dan bildiriblər.
Şirkətdən deyiblər ki, milli valyutanın devalvasiyası Delta Telecom-un fəaliyyətinə mənfi təsir göstərib. Belə ki, internet trafiki dollarla alınır, manatla satılır.
Azertelecom-dan isə məsələ ilə bağlı Trend-ə bildiriblər ki, internet xidmətlərinin qiymətinin artırılması requlyativ xarakter daşıyır və hər şey Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində qəbul edilmiş qərardan asılı olacaq: "Devalvasiyadan sonra tariflərin artırılması nəzərdə tutulmur. Bununla belə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarını gözləyirik. Çünki biz imzaladığımız beynəlxalq müqavilələr çərçivəsində fəaliyyət göstəririk. Hələ ki, hər şey köhnə qaydasınadır, lakin bu məsələni bütün operatorlarla nəzərdən keçirəcəyimiz də istisna deyil".
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

8-08-2016, 01:29
Bir ailənin 7 üzvü qarpızdan zəhərləndi - Tovuzda
26-04-2021, 12:17
Nardaranda şəhidin dəfnində nə baş verib? - DİN-dən AÇIQLAMA
23-05-2023, 14:16
DYP bu sürücülərə xəbərdarlıq etdi
25-07-2015, 20:17
İŞİD Türkiyə kurortlarını hədəfə aldı
11-02-2016, 16:15
Prezidentin məmurlara məsləhət gördüyü “NAZ-Lifan” avtomobilləri belə yığılır (FOTO, VİDEO)
18-10-2017, 13:17
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
27-09-2016, 02:53
Cəlilabadda canavarlar qoyun sürüsünə hücum edib - VİDEO
21-03-2022, 11:25
Əkin sahələrini su basıb, kəndlər təhlükə ilə üzləşib - FOTO
25-09-2018, 11:01
30 yaşından sonra yeyilməsi məsləhət olmayan 10 qida
8-11-2015, 14:09
Bakıda maşın saxlamaq üstündə DAVA