Əli Əhmədov dərmanların qiymətindən danışdı
Tarix: 24-12-2015 | Saat: 14:23
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
“Heç kim ziyanda qalmayacaq”.
Manatın dollara olan məzənnəsinin enməsi ilə əlaqədar olaraq təbii ki, dərmanların qiymətlərində dəyişikliklər aparılacaq və bu məzənnəyə uyğunlaşdırılacaq.
Xeberaz.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, qaydalara görə Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir:
“Əlbəttə, belə bir addımı atmaqla hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər.
Buna da nail olunub. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq, dərmanların qiymətləri məzənnədə baş verən dəyişikliklərə uyğunlaşdırılacaq. İndi də atılan addım ondan ibarət olacaq ki, iş adamları, Azərbaycana dərman idxal edən sahibkarlar ziyana düşməsinlər”.
Ə. Əhmədov qeyd edib ki, dərmanların qiymətləri ilə bağlı optimal bir variant işlənib hazırlanacaq:
“Dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək. Manatın məzənnəsinin aşağı düşməsinə uyğun şəkildə qiymətlər yenidən müəyyənləşdiriləcək və heç kim ziyanda qalmayacaq”.
Xəbəri paylaş
6108 dəfə oxunub.
Digər xəbərlər

10-10-2015, 13:25
Əsgərlikdən qaçan gəncin meyiti tapıldı
16-06-2022, 10:01
Ölülərlə danışmaq mümkün olacaq - Şok iddia
28-02-2017, 21:11
Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 25% artıb
12-10-2016, 18:01
Körpəni ondan məhrum etməyin: Ana südünün 10 MÜHÜM FAYDASI
13-03-2022, 14:36
Baş Prokurorluq KİV və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi
2-01-2018, 12:39
Azərbaycanda İİV-ə yoluxma səviyyəsi neçə faizdir?
23-05-2019, 11:04
Azərbaycanlı müstəntiq qız özünü çaya atdı
12-03-2015, 13:11
Nemtsovun qətlində şübhəli bilinən şəxs şikayət etdi