Bakı avtovağzalının qarşısı çökməyə davam edir - SOS
Tarix: 09-12-2015 | Saat: 16:46
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
"Çökmə prosesi tam dayanacaq"
“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması səbəbindən monitorinq işləri müvəqqəti dayandırılıb”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında cüzi də olsa, çökmə prosesi gedir: “Avtovağzalın qarşısındakı asfaltın altında müəyyən boşluqlar yaranıb. Boşluqlar doldurulana qədər az da olsa, çökmə prosesi müşahidə olunacaq. Bu da təbiidir. Hazırda asfaltın altında yaranmış boşluqları doldurmaq üçün ora sement məhlulu vurulur. Bunun nəticəsində asfaltın altındakı tökmə torpaq sement məhlulunun içərisində həll olub bərkiyəcək və boşluqlar tutulacaq. Beləliklə də, çökmə prosesi tam dayanacaq”.
Baş geoloq əlavə edib ki, ərazidəki əsas istinad divarında hər hansı hərəkət qeydə alınmasa da, əsas yolla köməkçi yolun arasındakı divarda 2-3 mm-lik hərəkət qeydə alınıb.
Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri tamamlandıqdan sonra monitorinq bərpa ediləcək.
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər

11-01-2016, 16:13
“Bakı ilə əlaqə kəsilsə, Gürcüstan donacaq...”
25-09-2015, 13:59
10 yaşlı qızın hicab problemi
2-07-2017, 11:37
Sabah 35° isti olacaq - Hava proqnozu
14-12-2016, 17:27
Qarabağ əlili avtomobilinə od vurub yandırdı - VİDEO
9-09-2021, 11:41
İmmuniteti gücləndirən çay. Qədim Tibet resepti
29-04-2023, 10:44
Mələkxanım Eyubovanın gəlini HAQQINDA: "Hər şeyə hazır olun!" - FOTO
15-10-2015, 15:45
UEFA-nın ən gözəl 10 qol siyahısında sürpriz türk - VİDEO
28-11-2017, 18:49
Qadın ər tapana qədər... - Kişi və qadın arasında 40 FƏRQ
19-09-2017, 14:16
Samir Şərifov: "Maliyyə Nazirliyi Beynəlxalq Bankın özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır"