Kefli İsgəndərin qəbri tapıldı - Video
Tarix: 02-04-2015 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər
Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhramanı olan Kefli İsgəndər Ağcabədi rayonunundandır.
Xəzər TV xəbər verir ki, onun qəbri də rayonun Hüsülü kənd qəbiristanlığındadır.
İstər filmdə, istər tamaşlarda maraqla izlənir, olduğu kimi qəbul olunur Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhramanı olan Kefli İsgəndər.
Araşdırmalar nəticəsində məlum olub ki, İsgəndər Ağcabədi rayonunun Kəhrizli kəndində doğulub. Sonralar Hüsülü kəndinə köçərək orada yaşayıb. İsgəndər əslində "Ölülər" əsərində kefli kimi qələmə alınıb. Real həyata isə İsgəndər dövrünün Avropada təhsil alan nadir şəxslərindən olub.
İsgəndərin Cəlil Məmmədquluzadə ilə qohumluq əlaqəsi də olub. Onun həyat yoldaşı Həmidə xanım İsgəndərin həyat yoldaşı Bahar xanımla qohum olublar. Bu səbəbdən də Mirzə Cəlil tez-tez Hüsülü kəndinə gedib.
Hazırda İsgəndərin məzarı Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığındadır. Məzarın baxımsızlıq səbəbindən məhv olmaq təhlükəsi var.
Deyilənə görə, onun ailəsi sonralar xarici ölkələrdən birinə köçüb. Hazırda da Kefli İsgəndərin övladının xaricdə yaşadığı ehtimal olunur. Azərbaycanda isə həmin nəsildən kimsənin olmadığı deyilir.
Xəbəri paylaş
7358 dəfə oxunub.
Digər xəbərlər

3-10-2020, 14:24
Ordumuz düşmənin bir qrup hərbçisini əsir götürdü - FOTOLAR
1-04-2023, 21:35
Alman texnologiyası ilə peşəkar təmizlik xidməti
31-07-2015, 13:17
Zaur Svanadze "Atletik"ə meydan oxudu
6-02-2017, 10:20
Üç ölkə Suriyanın taleyi ilə bağlı yenidən bir arada
28-05-2016, 15:54
Bakıda ağır qəza: 2 piyada vuruldu
17-05-2016, 15:11
Azərbaycan çiyələyi Rusiyaya buraxılmadı
16-04-2017, 21:54
Az işləyib, çox şeyə nail olmaq üçün 7 sirr
28-04-2017, 19:00
"ASAN xidmət"in səlahiyyətləri artırıldı
19-05-2017, 19:13
DİM-dən abituriyentlərə ikinci şans
15-07-2016, 19:06
Bakıda səfirliyin təhlükəsizliyi gücləndirildi