Parisdə terror aktları: Ölənlərin sayı 150-ni ötdü - FOTO VİDEO
Tarix: 14-11-2015 | Saat: 13:59
Bölmə:Karusel / Hadisə / Dünya / M2 / Xəbəraz TV | çapa göndər
İŞİD Fransa dövlətinin mərkəzinə zərbə endirdi.
Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Xeberaz.az xəbər verir ki, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.
Noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub.
Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.
Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.
Paris meriyasının məlumatına görə, terror aktları qurbanlarının 100-ü “Bataklan” teatrında, 40 nəfər isə paytaxtın müxtəlif bölgələrində öldürülüb.
Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Fransa ordusunun 1,6 min hərbçisi Parisə yeridilib, əmliyyat keçirilir, yaralıların evakuasiyası davam edir.
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

15-07-2016, 23:28
Sosial mənzillərlə bağlı YENİ XƏBƏR
23-10-2023, 17:14
Uzun müddət unitazda oturmağın TƏHLÜKƏLƏRİ
2-02-2021, 11:20
Daha 9 erməni hərbçisinin meyiti tapıldı
23-06-2017, 09:57
"BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır"
16-12-2021, 14:33
Azərbaycanda qadın qonşu kişini bıçaqladı
30-07-2016, 19:00
Cəlilabadda yol tikintisinə 1,9 milyon manat ayrıldı
29-08-2018, 13:15
Dərsdən sonra şagirdi ilə yatan qadın müəllim tutuldu - FOTO
10-07-2018, 22:17
Böyük Millət Məclisində QALMAQAL: nazir and içərkən millət vəkilləri...
28-06-2015, 22:37
"Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik"
27-08-2023, 17:45
Dünyanın ən bahalı südü – Kiloqramı 4-7 min manata satılır